“Qəbələ”nin 17 yaşadək futbolçulardan ibarət komandası beynəlxalq turnirdə çıxış edəcək.
Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, “qırmızı-qaralar” Fransanın San Nazer şəhərində təşkil olunan “Snaf Mondial Cup”da qüvvəsini sınayacaq. Zaur Hacıyevin baş məşqçisi olduğu U-17 mayın 9-13-də keçiriləcək turnirə 18 futbolçu ilə yollanıb. “Qəbələ”nin heyətinə aşağıdakı futbolçular daxil edilib:
Qapıçılar: Müşfiq Nadirov, Nika Baçaliaşvili;
Müdafiəçilər: Emil Səfərov, Veysəl Rzayev, Əmrah Məmmədli, Ülvi Mədətov, Ümüd Həmzəyev;
Yarımmüdafiəçilər: Aqil Nəsibov, Rauf Məhərrəmov, Gülağa Əsədov, Samir Məhərrəmli, Rauf Rüstəmli, Çingiz Məmmədov;
Hücumçular: Hüseyn Mürsəlov, Nemət Şıxəmirov, Rüfət Əhmədov, Mehrac Baxşəliyev, Taleh Qarayev.
“Portu” (Portuqaliya), “Palmeyras” (Braziliya), “Zenit” (Rusiya), “Anderlext” (Belçika) kimi klubların da qatıldığı yarışda 16 iştirakçı 4 qrupda mübarizə aparacaq. A qrupunda yer alan “Qəbələ” “Benfika” (Portuqaliya), “Monako” və “Anje” (hər ikisi Fransa) ilə mübarizə aparacaq. “Qırmızı-qaralar” qrupdakı oyunlarını mayın 10-da keçirəcək. Hər qrupda ilk iki yeri tutan komandalar olimpiya sistemi ilə mükafatlar uğrunda mübarizə aparacaq. Digər iştirakçılar isə 9-16-cı yerlərin sahiblərini müəyyənləşdirəcəklər.
PSJ-də şok itki
Kaxaber Sxadadze bu klubun baş məşqçisi oldu
Baş məşqçi məşqlərin dronla çəkilməsinə qarşı çıxdı
Federasiya prezidentini yalan danışmaqda ittiham etdi
Arteta futbolçularına xəbərdarlıq etdi
Murad Məmmədovun komandasından qələbə
“Qəbələ” “Şəfa”nı belə məğlub etdi - Video
“Mançester Yunayted”dən ayrıla bilər
"Bu işdə tək olmalı deyiləm" - Zaur Həşimov
Meydanda zədələndi, xəstəxanaya aparıldı
“Bu gün qələbəyə layiq olan tərəf biz idik” - Yeton Bekiri
Nadal “Real”da yeni vəzifəyə seçildi
“Qəbələ” “Şəfa”ya, "Turan Tovuz" "Şamaxı"ya qalib gəldi
“Turan Tovuz”un qələbəsindən - Video
"Ayın qolu"nun müəllifi mükafatlandırıldı
“Belə hallara yol vermək olmaz” - Kurban Berdiyev