Azerbaycan Premyer Liqasının 2018/2019-cu illər mövsümünün bitməyinə 1 tur qalmış medalçılar məlum olsa da, bombardirlik yarışında ikitirəlik davam edir.
Qol.az PFL-in rəsmi saytına istinadən xəbər verir ki, “Neftçi”dən Baqali Dabo, “Qarabağ”dan Mahir Mədətov hərəyə 14 qolla liderliyi bölüşdürür.
Peşəkar Futbol Liqası çempionatın sonunda zirvədə iki və daha artıq futbolçu olacağı halda ən çox qol vuran oyunçunun müəyyənləşmə qaydasını açıqlayıb:
1) ən az oyun keçirən
2) ən az penaltidən yararlanan
3) ən çox məhsuldar ötürmə edən
Son turda “Neftçi” öz meydanında “Qarabağ”ı qəbul edəcək. Bu qarşılaşmaya qədər Dabo 25, Mədətov 26 görüşdə meydanda olub. Fransız oyunçu bir dəfə penaltidən fərqlənib. Beləliklə, əgər son tur hər iki futbolçu qarşılaşmada iştirak etsə və heç biri fərqlənməsə (və ya eyni sayda fərqlənsə) Baqali ardıcıl ikinci dəfə Topaz Premyer Liqasının ən məhsuldar oyunçusu seçiləcək.
Millimizin hücumçusu görüşdə iştirak etməsə, Dabo isə iştirak edib fərqlənə bilməsə, oyun sayı bərabərləşəcək. Bu halda “ağ-qaralar”ın üzvü bir dəfə penaltidən fərqləndiyinə görə zirvəni yerli futbolçuya təhvil verməli olacaq. Beləliklə, Premyer Liqanın 2018/2019-cu illər mövsümünün sonuncu mərkəzi qarşılaşması bombardirin müəyyənləşməsi cəhətdən həlledici olacaq.
Qeyd edək ki, “şəriklər”in ən yaxın izləyicisi, “Qəbələ”də çıxış edən Ceyms Adeniyi bu mövsüm 10 dəfə fərqlənib.
PSJ-dən Dembele qərarı
"Emin Mahmudov "Neftçi"nin məşqçisi ola bilər"
Liderin qalibiyyətindən - Video
Vernidub qələbələrin sirrini açıqladı
"Qarabağ"la oyunu potensial 3 xal fürsəti kimi görürəm"
Toral Bayramov öz qapısına elə bir qol vurdu ki… - Video
"Turan Tovuz" "Qarabağ"ı belə məğlub etdi - Video
"Vəziyyəti düzəltməyə çalışacağıq" - Qurban Qurbanov
Kurban Berdıyev "Qarabağ" üzərində qələbəni şərh etdi
“Qarabağ” azarkeşləri: “Bu azarkeşin haqqını verin!” - Video
Portuqaliya millisinin kapitanı kim olacaq?
İspaniyanın Millətlər Liqası üçün heyəti
"Neftçi" - "Kəpəz": Heyətlər
Yenə dünya çempionu oldular
Tuhel: “Millətlər Liqasında birinci olmalıyıq”
"Qarabağ" - "Turan Tovuz": Heyətlər açıqlandı
İngiltərənin Xorvatiya və İspaniya ilə oyunlar üçün heyəti
"Ayın qolu"nun müəllifi mükafatlandırıldı
"Turan Tovuz"un legioneri milliyə dəvət aldı
Futbol meydanlarından Zəfər meydanlarına
Azərbaycan – Latviya oyununun hakimləri açıqlandı
Oyuna çıxmayan "Mingəçevir"ə texniki məğlubiyyət verildi
Emin Mahmudov millidəki karyerasını bitirir - Rəsmi
Ayxan Abbasov milliyə 27 futbolçu çağırdı - Mezzotero da var
Məşhur klubun prezidenti 6 aylıq cəzalandırıldı