"Qarabağ"ın futbolçusu Riçard Almeyda Azərbaycan Premyer liqasının 27-ci turunda "Səbail"ə 4:0 hesabı ilə qalib gələrək, ardıcıl 6-cı, ümumilikdə isə 7-ci çempionluğu rəsmiləşdirdikləri matçdan sonra jurnalistlərin suallarını cavablandırıb. Qol.az-ın məlumatına görə, o əvvəlcə çempionluq haqda danışıb.
- Çox möhtəşəm hisslərdir. Mən bura qayıdanda "Neftçi"dən 5 xal geridə idik. Sonda isə 5 xal fərqlə çempion olduq. Özümüzə inandıq, çalışdıq və sübut etdik ki, Azərbaycanın ən yaxşı komandasıyıq.
- Sizcə, niyə heç kim "Qarabağ"ın qarşısını kəsə bilmir?
- Biz təxminən 5-6 ildir ki, bir yerdəyik. Bir-birimizi yaxşı tanıyırıq. Bu, bizim üstünlüyümüzdür. "Neftçi" çempion ola bilməz.
- Əgər, çempionluğun taleyi son tura qalsaydı, necə olacaqdı?
- Belə olsaydı, komandalar daha çox güc itirərdi. Təbii ki, biz də qələbə qazanmaq istərdik. Çox fərqli bir oyun olardı.
- "Qarabağ"dan gedəcəksiz? Yoxsa, komandada qalmaq fikriniz var? Bu barədə danışıqlar gedib?
- Hələ müqaviləmin bitməsinə 6 ay qalıb. "Qarabağ" mənim ailəmdir, ürəyimdədir. Ailəm də Azərbaycanı, "Qarabağ"ı sevir. "Qarabağ" bizim üçün çox şeydir.
- Kubokda uğursuzluq yaşadınız. Bundan sonra çempionata köklənmək çətin olmadı?
- Kubok oyunundan sonra motivasiyamız yüksək olmalı idi. Bu gün heç-heçə etsəydik, "Neftçi" udsaydı, hər şey yenidən başlayardı. Allahın izni ilə qələbə qazandıq.
- Bir dəfə Çempionlar Liqası qrup mərhələsinin sevincini yaşamısınız. Növbəti dəfə mümkündürmü?
- Mümkündür.
PSJ-dən Dembele qərarı
"Emin Mahmudov "Neftçi"nin məşqçisi ola bilər"
Liderin qalibiyyətindən - Video
Vernidub qələbələrin sirrini açıqladı
"Qarabağ"la oyunu potensial 3 xal fürsəti kimi görürəm"
Toral Bayramov öz qapısına elə bir qol vurdu ki… - Video
"Turan Tovuz" "Qarabağ"ı belə məğlub etdi - Video
"Vəziyyəti düzəltməyə çalışacağıq" - Qurban Qurbanov
Kurban Berdıyev "Qarabağ" üzərində qələbəni şərh etdi
“Qarabağ” azarkeşləri: “Bu azarkeşin haqqını verin!” - Video
Portuqaliya millisinin kapitanı kim olacaq?
İspaniyanın Millətlər Liqası üçün heyəti
"Neftçi" - "Kəpəz": Heyətlər
Yenə dünya çempionu oldular
Tuhel: “Millətlər Liqasında birinci olmalıyıq”
"Qarabağ" - "Turan Tovuz": Heyətlər açıqlandı
İngiltərənin Xorvatiya və İspaniya ilə oyunlar üçün heyəti
"Ayın qolu"nun müəllifi mükafatlandırıldı
"Turan Tovuz"un legioneri milliyə dəvət aldı
Futbol meydanlarından Zəfər meydanlarına
Azərbaycan – Latviya oyununun hakimləri açıqlandı
Oyuna çıxmayan "Mingəçevir"ə texniki məğlubiyyət verildi
Emin Mahmudov millidəki karyerasını bitirir - Rəsmi
Ayxan Abbasov milliyə 27 futbolçu çağırdı - Mezzotero da var
Məşhur klubun prezidenti 6 aylıq cəzalandırıldı