"Qarabağ"ın qapıçısı Vaqner da Silva Azərbaycan Premyer liqasının 27-ci turunda "Səbail"ə 4:0 hesabı ilə qalib gələrək, ardıcıl 6-cı çempionluğu rəsmiləşdirdikləri matçdan sonra jurnalistlərin suallarını cavablandırıb. Qol.az-ın məlumatına görə, o əvvəlcə çempionluq haqda danışıb.
- Çox sevinirəm. Qarşımıza hədəf qoymuşduq, buna da çatdıq.
- Belə bir vacib oyuna az sayda azarkeş gəlmişdi. Təəccübləndiniz?
- Artıq buradakı vəziyyətə alışmışam. Təbii ki, stadiona daha çox azarkeşin gəlməsi həm çempionatın nüfuzunu artırır, həm də bizi motivasiya edir. Amma istənilən halda çempionuq.
- "Neftçi" "Qarabağ"dan 5 xal öndəydi. Çempionata necə köklənə bildiniz?
- Futbolda belə şeyləri çox görmüşük. 5-6 xal fərqi ilə irəlidə olan komanda yekunda çempionluğu əldən verib. Sizin də qeyd etdiyiniz kimi avrokubok oyunları da öz təsirini göstərir. Nəticələrimizdə məşqçimizin xüsusi payı var. Bizi bir an belə nəzarətsiz buraxmadı. Sonda çempion olduq.
- Bu mövsüm "Neftçi"ni məğlub edə bilməmisiniz. Sizcə, son turda tilsimi qıra biləcəksiniz?
- Ümumiyyətlə, rəqibin kimliyindən asılı olmayaraq, çempionat may ayının 11-i yekunlaşır. Rəqiblərə hörmət əlaməti olaraq, bütün oyunlara qələbə üçün çıxacağıq. Bu matç da istisna olmayacaq.
-"Qarabağ"da qalacaqsınız?
- Bəli. Çünki hələ 1 illik müqaviləm var.
PSJ-dən Dembele qərarı
"Emin Mahmudov "Neftçi"nin məşqçisi ola bilər"
Liderin qalibiyyətindən - Video
Vernidub qələbələrin sirrini açıqladı
"Qarabağ"la oyunu potensial 3 xal fürsəti kimi görürəm"
Toral Bayramov öz qapısına elə bir qol vurdu ki… - Video
"Turan Tovuz" "Qarabağ"ı belə məğlub etdi - Video
"Vəziyyəti düzəltməyə çalışacağıq" - Qurban Qurbanov
Kurban Berdıyev "Qarabağ" üzərində qələbəni şərh etdi
“Qarabağ” azarkeşləri: “Bu azarkeşin haqqını verin!” - Video
Portuqaliya millisinin kapitanı kim olacaq?
İspaniyanın Millətlər Liqası üçün heyəti
"Neftçi" - "Kəpəz": Heyətlər
Yenə dünya çempionu oldular
Tuhel: “Millətlər Liqasında birinci olmalıyıq”
"Qarabağ" - "Turan Tovuz": Heyətlər açıqlandı
İngiltərənin Xorvatiya və İspaniya ilə oyunlar üçün heyəti
"Ayın qolu"nun müəllifi mükafatlandırıldı
"Turan Tovuz"un legioneri milliyə dəvət aldı
Futbol meydanlarından Zəfər meydanlarına
Azərbaycan – Latviya oyununun hakimləri açıqlandı
Oyuna çıxmayan "Mingəçevir"ə texniki məğlubiyyət verildi
Emin Mahmudov millidəki karyerasını bitirir - Rəsmi
Ayxan Abbasov milliyə 27 futbolçu çağırdı - Mezzotero da var
Məşhur klubun prezidenti 6 aylıq cəzalandırıldı