Azərbaycan Premyer Liqasının 27-ci turunda səfərdə “Qəbələ”ni 3:1 hesabı ilə məğlub edən “Neftçi”nin baş məşqçisi Roberto Bordin oyundan mətbuat konfransı keçirib. İtaliyalı mütəxəssis əvvəlcə matç haqda fikirlərini bölüşüb.
- “Qarabağ”ı çempionluq münasibəti ilə təbrik edirəm. Bundan da çox öz futbolçularımızı təbrik edirəm. Çünki möhtəşəm mövsüm keçirdilər. Sonadək titulu qazanmaq uğrunda mübarizə apardıq. Bu cür mükəmməl kollektivin baş məşqçisi olmaqdan qürur duyuram. Sonadək mübarizə apardıqlarına görə, futbolçularımıza təşəkkür edirəm. Bu uşaqlara qarşı müxtəlif sözlər deyilə bilər. Lakin mövsümboyu onlarla mən işləmişəm və deyirəm ki, hamısı fəxr edirəm.
- 5 xal öndə idiniz. Lakin bu gün çempionluq əldən getdi. Baş məşqçi olaraq hansı səhvlərə yol verdiniz ki, belə oldu?
- Həyatda hər bir insanın səhvi ola bilər. Məsuliyyəti üzərimdən atmıram. Hər bir uğura da, uğursuzluğa görə də məsul mənəm. Uşaqlar sonadək vuruşdular.
- Komanda necə oynamasından asılı olmayaraq, “Neftçi” daim titul uğrunda mübarizə aparıb. Bu il isə titulsuz qaldınız…
- Neçə illərdi “Neftçi” titul qazanmır. “Qarabağ” 6 mövsümdür çempion olur. Əlbəttə, titulu qazanmaq istəyərdik. Buna baxmayaraq, əziyyətimizi yerə vurmazdım. Heç kimə imkan vermərəm ki, əziyyətimizin üstündən xətt çəksin.
- Avrokuboklar üçün ilkin müzakirələr olubmu? Çoxmu futbolçu transfer etməyi planlaşdırırsınız?
- Xeyr, danışığımız olmayıb. Qarşıda 1 tur var. Məntiqi olar ki, həmin oyunu da bitirək, bundan sonra fikirləşəcəyik.
- “Qarabağ”a qarşı oyunun prinsipiallığı yəqin ki, itib. Həmin matça eksperimental heyət buraxacaqsınız, yoxsa döyüşkən?
- Hər oyuna qələbə üçün çıxırıq. Çox güman ki, eksperimental heyət olmayacaq. Həftə ərzində özünü ən yaxşı tərəfdən göstərənlər meydanda olacaqlar. (sport24.az)
PSJ-dən Dembele qərarı
"Emin Mahmudov "Neftçi"nin məşqçisi ola bilər"
Liderin qalibiyyətindən - Video
Vernidub qələbələrin sirrini açıqladı
"Qarabağ"la oyunu potensial 3 xal fürsəti kimi görürəm"
Toral Bayramov öz qapısına elə bir qol vurdu ki… - Video
"Turan Tovuz" "Qarabağ"ı belə məğlub etdi - Video
"Vəziyyəti düzəltməyə çalışacağıq" - Qurban Qurbanov
Kurban Berdıyev "Qarabağ" üzərində qələbəni şərh etdi
“Qarabağ” azarkeşləri: “Bu azarkeşin haqqını verin!” - Video
Portuqaliya millisinin kapitanı kim olacaq?
İspaniyanın Millətlər Liqası üçün heyəti
"Neftçi" - "Kəpəz": Heyətlər
Yenə dünya çempionu oldular
Tuhel: “Millətlər Liqasında birinci olmalıyıq”
"Qarabağ" - "Turan Tovuz": Heyətlər açıqlandı
İngiltərənin Xorvatiya və İspaniya ilə oyunlar üçün heyəti
"Ayın qolu"nun müəllifi mükafatlandırıldı
"Turan Tovuz"un legioneri milliyə dəvət aldı
Futbol meydanlarından Zəfər meydanlarına
Azərbaycan – Latviya oyununun hakimləri açıqlandı
Oyuna çıxmayan "Mingəçevir"ə texniki məğlubiyyət verildi
Emin Mahmudov millidəki karyerasını bitirir - Rəsmi
Ayxan Abbasov milliyə 27 futbolçu çağırdı - Mezzotero da var
Məşhur klubun prezidenti 6 aylıq cəzalandırıldı