"Səbail" rəsmən avrokuboklarda!

"Səbail" rəsmən avrokuboklarda!
ÖLKƏ FUTBOLU 5 May 2019 / 19:55 3317
-  A +

Azərbaycan Premyer Liqasının 27-ci turunda "Qarabağ"a 0:4 hesablı məğlubiyyətə baxmayaraq, "Səbail"in mövsümü 3-cü pillədə başa vuracağı rəsmiləşib.

Qol.az-ın məlumatına görə, buna "Qəbələ"nin bu gün doğma meydanda "Neftçi"yə 1:3 hesabı ilə uduzması səbəb olub. Son tur öncəsi əyalət təmsilçisini 4 xal qabaqlayan "dənizçilər" bununla da bürünc medalı təmin edib və tarixində ilk dəfə avrokuboklarda iştirak hüququ qazanıb.

Qeyd edək ki, "Qarabağ" növbəti mövsümdə ölkəmizi Çempionlar Liqasında, "Neftçi" və "Səbail" Avropa Liqasında təmsil edəcək. Avroliqaya 3-cü vəsiqənin sahibi isə "Qəbələ" və "Sumqayıt" arasında mayın 19-da Naxçıvanda keçiriləcək ölkə kubokunun final oyunundan sonra müəyyənləşəcək.

Daha çox


Son xəbərlər
topaz banner