Samir Abasovun qələbə şərhi

Samir Abasovun qələbə şərhi
ÖLKƏ FUTBOLU 5 May 2019 / 19:35 2250
-  A +

"Kubok matçından sonra komandada gərginlik var idi, ona görə də bu gün əsas vəzifə uduzmamaq idi. Futbolçular daha artığını edib, qalib gəldilər. İsti havaya baxmayaraq, istəkli oynadılar. Komandamdan razı qaldım".

Qol.az xəbər verir ki, bu sözləri "Zirə"nin baş məşqçisi Samir Abasov Azərbaycan Premyer Liqasının 27-ci turunda səfərdə "Keşlə"ni 3:1 hesabı ilə məğlub etdikləri oyundan sonra keçirilən mətbuat konfransında deyib. O, bu gündən sonra növbəti mövsüm üçün komandanın qurulmasına başlayacaqlarını bildirib:

"Son oyun bizim üçün formal xarakter daşıyır. Növbəti mövsüm üçün planlar qurmağa başlayacağıq. Komandadan gedəcək 3-4 futbolçunun siyahısı məndə var. Özüm üçün bəzi futbolçuların adlarını dəqiqləşdirmişəm. Mövsümün sonunda rəhbərliklə danışıb, planları müzakirə edəcəyik".

Daha çox


Son xəbərlər
topaz banner