Reynaldo "Qarabağ"dan ayrılıb, "Neftçi"yə keçir

Reynaldo "Qarabağ"dan ayrılıb, "Neftçi"yə keçir
ÖLKƏ FUTBOLU 5 May 2019 / 19:20 8280
-  A +

"Qarabağ" qış fasiləsində heyətinə qatdığı Reynaldo Silva ilə yollarını ayırır.

Qol.az-ın əldə etdiyi məlumata görə, braziliyalı hücumçunun hazırkı forması Qurban Qurbanovu razı salmadığından, mövsümün sonunda onunla müqavilənin uzadılmamasına qərar verilib.

Artıq 29 yaşlı futbolçunun yeni klubu da məlumdur. Əldə etdiyimiz digər xəbərə görə, Reynaldo karyerasını "Neftçi"də davam etdirəcək.

Qeyd edək ki, Reynaldo qış fasiləsindən sonra "Qarabağ"ın heyətində cəmi 3 oyun keçirib və 1 qol vurub.

Daha çox


Son xəbərlər
topaz banner