"Qarabağ"a qarşı bu meydanda oynamaq çox çətindir. Amma bu gün kifayət qədər qol vəziyyətimiz oldu".
Qol.az-ın məlumatına görə, bu sözləri "Qəbələ"nin müdafiəçisi Vojislav Stankoviç Azərbaycan kubokunun yarımfinal mərhələsində "Qarabağ"a 1:2 hesabı ilə uduzduqları cavab görüşündən sonra deyib. İlk matçda öz meydanında 1:0 hesablı qələbənin qarşılığında səfər qolu ilə mərhələ adlayan "qırmızı-qaralar"ın müdafiəçisi bundan məmnunluğunu dilə gətirib: "Rəqib birinci hissədə baxımlı qola imza atdı. Biz isə fasilə ərəfəsində iki yüz faizlik qol şansını əldən verdik. İkinci hissədə də gərgin mübarizə oldu, rəqib daha bir qol vurdu. Buna baxmayaraq, sona yaxın ələ düşən fürsətdən yararlandıq və finala vəsiqə qazandıq".
Serbiyalı oyunçu hesabda geri düşdükdən sonra da mərhələ adlayacaqlarına inamının olduğunu vurğulayıb: "Futbolda hər şey mümkündür. Rəqib hətta 2:0 hesabı ilə öndə olarkən də bilirdik ki, 1 qol bizi finala daşıyacaq. Əsl xarakter nümayiş etdirdik və lazım olan topu vurmağı bacardıq".
32 yaşlı futbolçu rəqibin yarımmüdafiəçisi Miçelin qarşılaşmadan sonra qırmızı vərəqə almasına da münasibət bildirib: "Onlar qol vurduqları zaman necə sevinirdilərsə, mən də hakimin final fitindən sonra sevincimi göstərdim. Ancaq Miçel yaxınlaşaraq məni əllə qəsdən vurdu. Halbuki ona heç nə deməmişdim. Sadəcə, sevincimi azarkeşlərimizlə bölüşməyə çalışırdım".
Stankoviç ardıcıl 3-cü dəfə finala çıxdıqlarını və əvvəlki iki görüşdə uduzduqlarını da xatırladıb. Ancaq o, bu dəfə tilsimi qıracaqlarına inandığını söyləyib: "Final oyununa maksimum dərəcədə hazırlaşmaq lazımdır. "Qəbələ"nin heyətində iki dəfə Azərbaycan kubokunun finalında oynamışam və hər ikisində məğlub olmuşam. Hesab edirəm ki, üçüncü cəhddə nəhayət, kuboku qazanacağam. Finalda kimin rəqib olmasının isə bir önəmi yoxdur. Çünki həlledici qarşılaşmada zəif komanda olmur. İstənilən final görüşü çətin alınır və bu dəfə də hər şey ola bilər".
PSJ-dən Dembele qərarı
"Emin Mahmudov "Neftçi"nin məşqçisi ola bilər"
Liderin qalibiyyətindən - Video
Vernidub qələbələrin sirrini açıqladı
"Qarabağ"la oyunu potensial 3 xal fürsəti kimi görürəm"
Toral Bayramov öz qapısına elə bir qol vurdu ki… - Video
"Turan Tovuz" "Qarabağ"ı belə məğlub etdi - Video
"Vəziyyəti düzəltməyə çalışacağıq" - Qurban Qurbanov
Kurban Berdıyev "Qarabağ" üzərində qələbəni şərh etdi
“Qarabağ” azarkeşləri: “Bu azarkeşin haqqını verin!” - Video
Portuqaliya millisinin kapitanı kim olacaq?
İspaniyanın Millətlər Liqası üçün heyəti
"Neftçi" - "Kəpəz": Heyətlər
Yenə dünya çempionu oldular
Tuhel: “Millətlər Liqasında birinci olmalıyıq”
"Qarabağ" - "Turan Tovuz": Heyətlər açıqlandı
İngiltərənin Xorvatiya və İspaniya ilə oyunlar üçün heyəti
"Ayın qolu"nun müəllifi mükafatlandırıldı
"Turan Tovuz"un legioneri milliyə dəvət aldı
Futbol meydanlarından Zəfər meydanlarına
Azərbaycan – Latviya oyununun hakimləri açıqlandı
Oyuna çıxmayan "Mingəçevir"ə texniki məğlubiyyət verildi
Emin Mahmudov millidəki karyerasını bitirir - Rəsmi
Ayxan Abbasov milliyə 27 futbolçu çağırdı - Mezzotero da var
Məşhur klubun prezidenti 6 aylıq cəzalandırıldı