"Qarabağ"ın futbolçusu Riçard Almeyda Azərbaycan kubokunun 1/2 final mərhələsində "Qəbələ"yə 2:1 hesabı ilə qalib gəldikləri cavab matçından sonra jurnalistlərin suallarını cavablandırıb. Qol.az-ın məlumatına görə, o, əvvəlcə oyun haqda danışıb.
- Düşünürəm ki, bu gün çox gözəl oyun göstərdik. Kollektiv olaraq baxımlı oynadıq, məşqçinin bütün istədiklərini həyata keçirməyə çalışdıq. Amma bu, futboldur. Bir səhvə görə finala adlaya bilmədik. "Qəbələ"ni isə finala çıxmaları münasibəti ilə təbrik edirəm. 3 gün sonra daha vacib matçımız var. "Səbail"lə qarşılaşmaya hazırlaşacağıq.
- Hər halda o matç, bugünkü qarşılaşmanızdan daha önəmlidir. Yoxsa,...
- Xeyr. Bütün oyunlar vacibdir. Çox təəssüf ki, bu gün məğlub olmaqla finala çıxmaq imkanımızı əldən verdik. Bütün diqqətimizi "Səbail"lə oyuna yönəldəcəyik.
- Komanda qarşılaşmadan sonra elə də məyus görünmürdü. Bəlkə, Naxçıvana getməyə o qədər də həvəsiniz yox idi?
- Kim finalda oynamaq istəmir ki?
- Vurduğunuz 2 qoldan sonra müdafiə xəttində boşluqlar yarandı. "Qəbələ" bir neçə epizod yaxaladı. Bu, arxayınlıqdan irəli gəlirdi?
- "Qəbələ" bütün ümidlərini əks-hücumlara bağlamışdı. Müdafiəçi qolu uzaqdan vurdu. Demək olmaz ki, qol vəziyyətini onlar yaratdı. Bizim də bir neçə qol imkanımız oldu ki, yararlana bilmədik. 3-cü, 4-cü qolları da rəqib qapısından keçirə bilərdik.
- Çempionluq təkcə titul baxımından önəmlidir? Yəni, 6-cı çempionluğu qazanmaq, yoxsa rəqibin "Neftçi" olması da xüsusi qıcıq yaradır, motivasiya verir?
- Mənə elə gəlir ki, futbolçu rəqibdən asılı olmayaraq titul qazanmaq istəyir. Yəni, "Neftçi" və ya digər rəqiblər haqda düşünmürük. Əsas olan tituldur. Rəqibin kim olması elə də önəm daşımır.
- Belə başa düşdük ki, azarkeşlər arasında olan mübahisə futbolçular arasında yoxdur.
- Azarkeşlər arasında belə şeylər olur. Bəzən, hətta, söyüş həddinə çatır. Futbolçu olaraq meydanda bir-birimizə hörmət edirik. Təkcə "Neftçi" yox, "Qəbələ" də bizim rəqibimiz sayılır. Ona görə də, futbolçular bir-birinə hörməti qorumalıdırlar.
- Oyundan sonra, hətta oyun zamanı Stankoviçlə və Miçellə gərginlik yaşadın.
- Miçel bilirsiniz ki, bir az çılğındır. Stankoviç də təxribata çəkmək istəyirdi. Bəzən, məğlub olmağı da bacarmaq lazımdır.
PSJ-dən Dembele qərarı
"Emin Mahmudov "Neftçi"nin məşqçisi ola bilər"
Liderin qalibiyyətindən - Video
Vernidub qələbələrin sirrini açıqladı
"Qarabağ"la oyunu potensial 3 xal fürsəti kimi görürəm"
Toral Bayramov öz qapısına elə bir qol vurdu ki… - Video
"Turan Tovuz" "Qarabağ"ı belə məğlub etdi - Video
"Vəziyyəti düzəltməyə çalışacağıq" - Qurban Qurbanov
Kurban Berdıyev "Qarabağ" üzərində qələbəni şərh etdi
“Qarabağ” azarkeşləri: “Bu azarkeşin haqqını verin!” - Video
Portuqaliya millisinin kapitanı kim olacaq?
İspaniyanın Millətlər Liqası üçün heyəti
"Neftçi" - "Kəpəz": Heyətlər
Yenə dünya çempionu oldular
Tuhel: “Millətlər Liqasında birinci olmalıyıq”
"Qarabağ" - "Turan Tovuz": Heyətlər açıqlandı
İngiltərənin Xorvatiya və İspaniya ilə oyunlar üçün heyəti
"Ayın qolu"nun müəllifi mükafatlandırıldı
"Turan Tovuz"un legioneri milliyə dəvət aldı
Futbol meydanlarından Zəfər meydanlarına
Azərbaycan – Latviya oyununun hakimləri açıqlandı
Oyuna çıxmayan "Mingəçevir"ə texniki məğlubiyyət verildi
Emin Mahmudov millidəki karyerasını bitirir - Rəsmi
Ayxan Abbasov milliyə 27 futbolçu çağırdı - Mezzotero da var
Məşhur klubun prezidenti 6 aylıq cəzalandırıldı