Mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək UEFA Avropa Liqasının final oyunu ilə əlaqədar UEFA nümayəndələri paytaxtımıza növbəti dəfə səfər edib.
Qol.az-ın AFFA-nın rəsmi saytına istinadən yaydığı xəbərə görə, budəfəki səfər Bakı Olimpiya Stadionunda ot örtüyünün vəziyyəti ilə tanışlıq məqsədi daşıyıb. Mütəxəssislər ot örtüyünə baxış keçirdikdən sonra hazırkı vəziyyəti müsbət qiymətləndiriblər.
UEFA Avropa Liqasının final oyununun təşkili ilə əlaqədar Əməliyyat Qrupunun Bakı Olimpiya Stadionunda yerləşən ofisində UEFA-nı təmsil edən mütəxəssislərlə AFFA-nın baş katibi Elxan Məmmədovun və Əməliyyat Qrupu üzvlərinin görüşü keçirilib, fikir mübadiləsi aparılıb. Əməliyyat Qrupunda fəaliyyət göstərən mütəxəssislər final oyununa qədər qalan müddət ərzində BOS-un ot örtüyünü yüksək səviyyədə saxlamaq üçün müvafiq işlərin görüldüyünü bildirib, bunun üçün xüsusi avadanlıqlardan istifadə olunduğunu qeyd ediblər.
PSJ-də şok itki
Kaxaber Sxadadze bu klubun baş məşqçisi oldu
Baş məşqçi məşqlərin dronla çəkilməsinə qarşı çıxdı
Federasiya prezidentini yalan danışmaqda ittiham etdi
Arteta futbolçularına xəbərdarlıq etdi
Murad Məmmədovun komandasından qələbə
“Qəbələ” “Şəfa”nı belə məğlub etdi - Video
“Mançester Yunayted”dən ayrıla bilər
"Bu işdə tək olmalı deyiləm" - Zaur Həşimov
Meydanda zədələndi, xəstəxanaya aparıldı
“Bu gün qələbəyə layiq olan tərəf biz idik” - Yeton Bekiri
Nadal “Real”da yeni vəzifəyə seçildi
“Qəbələ” “Şəfa”ya, "Turan Tovuz" "Şamaxı"ya qalib gəldi
“Turan Tovuz”un qələbəsindən - Video
"Ayın qolu"nun müəllifi mükafatlandırıldı
“Belə hallara yol vermək olmaz” - Kurban Berdiyev