"Zirə"nin baş məşqçisi Samir Abasov Azərbaycan Premyer Liqasının 26-cı turunda "Qarabağ"a evdə 0:3 hesabı ilə uduzduqları oyundan sonra mətbuat konfransı keçirib. Qol.az-ın məlumatına görə, gənc mütəxəssis əvvəlcə görüş haqda danışıb.
- Onsuz da "Qarabağ"a qarşı əsas heyətlə oynayanda da əziyyət çəkirsən. Bu gün 8 əsas futbolçumuz yox idi. Deməzdim ki, ikinci heyət idi, sadəcə, az oynayanlara şans vermişdik. Fikrimizi son şansımız olan kuboka - "Sumqayıt"la yarımfinal matçına yönəltmişik.
- Əsas qapıçınız Kamal Bayramovun zədəsi nə yerdədir?
- Kubok oyununadək bərpa olunmalıdır. Ancaq o vaxtdan komanda ilə məşq etməyib. Ümid edirik ki, oynayacaq. Həkimlərdən xoş xəbər gözləyirik.
- Bu gün "Qarabağ" futbol oynadı. Bəs "Zirə" meydanda nə etdi?
- Futbolçulara matçdan əvvəl dedik ki, itirəcəyimiz bir şey yoxdur, çıxaq, futbol oynayaq. Oynayan da oldu, oynamayan da. Panikaya düşənlər də vardı, bunu da başa düşürəm. Ümid edirik ki, daha belə olmayacaq.
- Bu oyunu kuboka qurban verdiniz?
- Bəli. "Qəbələ" ilə matçda da belə olmuşdu.
- Qorxmurdunuz ki, deyərlər "Qarabağ"a köməklik etdiniz?
- Yox. "Qarabağ"dan da xal almışıq, "Neftçi"dən də. Heç kimdən alacağımız, verəcəyimiz yoxdur. Qorxuyla yaşasaq, bütün planlarımızı alt-üst edərik.
- Bu gün ilk qolda kobud səhvə yol verən gənc qapıçınıza nə dediniz?
- Heç nə deməmişəm, bunu etmək fikrim də yoxdur. Ola bilər ki, kubokda da Abdulla Seyidəhmədova güvəndik. Çünki Bayramovun zədə problemi var. "Qarabağ"ın adı da ola bilər ki, sözünü deyir.
- Onda bir gərginlik hiss olunur...
- Həmin qoldan sonra toparlanmamağı təcrübəsizliyi ilə bağlıdır. Bugünkü matçda səhvini bağışlamaq olar.
- Siz oynadığınız vaxtda Abdullah Zubir çıxış etsəydi, ona qarşı necə mübarizə aparırdınız?
- Zubirə qarşı elə oynayardım ki, bir də mənə yaxınlaşmazdı.
PSJ-dən Dembele qərarı
"Emin Mahmudov "Neftçi"nin məşqçisi ola bilər"
Liderin qalibiyyətindən - Video
Vernidub qələbələrin sirrini açıqladı
"Qarabağ"la oyunu potensial 3 xal fürsəti kimi görürəm"
Toral Bayramov öz qapısına elə bir qol vurdu ki… - Video
"Turan Tovuz" "Qarabağ"ı belə məğlub etdi - Video
"Vəziyyəti düzəltməyə çalışacağıq" - Qurban Qurbanov
Kurban Berdıyev "Qarabağ" üzərində qələbəni şərh etdi
“Qarabağ” azarkeşləri: “Bu azarkeşin haqqını verin!” - Video
Portuqaliya millisinin kapitanı kim olacaq?
İspaniyanın Millətlər Liqası üçün heyəti
"Neftçi" - "Kəpəz": Heyətlər
Yenə dünya çempionu oldular
Tuhel: “Millətlər Liqasında birinci olmalıyıq”
"Qarabağ" - "Turan Tovuz": Heyətlər açıqlandı
İngiltərənin Xorvatiya və İspaniya ilə oyunlar üçün heyəti
"Ayın qolu"nun müəllifi mükafatlandırıldı
"Turan Tovuz"un legioneri milliyə dəvət aldı
Futbol meydanlarından Zəfər meydanlarına
Azərbaycan – Latviya oyununun hakimləri açıqlandı
Oyuna çıxmayan "Mingəçevir"ə texniki məğlubiyyət verildi
Emin Mahmudov millidəki karyerasını bitirir - Rəsmi
Ayxan Abbasov milliyə 27 futbolçu çağırdı - Mezzotero da var
Məşhur klubun prezidenti 6 aylıq cəzalandırıldı