"Bakıda 40-45 dərəcə istidə qaçmaq normal təcrübədir. Yaxşı ki, şəhər Xəzər dənizinin sahilində yerləşir. Hərdən əsən xoş meh istinin qarşısını bir az alırdı. Xatırlayıram ki, hətta bir dəfə Avropa Liqasında "İnter"lə 35 dərəcə istidə oynamışdıq. Onlar da təəccüblənmişdilər".
Qol.az-ın məlumatına görə, bu sözləri Rusiyanın "sportbox.ru" saytına geniş müsahibəsində "Neftçi"nin sabiq müdafiəçisi İqor Mitreski deyib. 2010-2014-cü illərdə "ağ-qaralar"ın formasını geyinən makedoniyalı veteran müdafiəçi paytaxt klubundan ayrıldıqdan sonra ölkəsi və Kiprdən təkliflər aldığını, ancaq futboldan bezdiyi üçün karyerasını bitirdiyini bildirib:
"Düşünürəm ki, "Neftçi"dən sonra daha 2 il hansısa komandaya xeyir verə bilərdim. Makedoniya və Kipr klublarından təkliflərim var idi. Amma artıq futboldan zövq almırdım. Uzaq səyahətlərdən, ailəmdən ayrı qalmaqdan bezmişdim. Karyeramı bitirməyə qərar vermək asan olmadı. Çünki yenə də oynayıb, pul qazana bilərdim. Amma pul hər şey demək deyil. İndi ən mənim üçün ən əsası ailəm və uşaqlarımdır. Onları yaxşı yetişdirmək lazımdır. Futbolla vidalaşdıqdan sonra iki il heç nə etmədim. İndi isə yenidən futboldayam və işləmək istəyirəm".
Qeyd edək ki, Mitreski hazırda futbol menecerliyi ilə məşğul olur.
PSJ-dən Dembele qərarı
"Emin Mahmudov "Neftçi"nin məşqçisi ola bilər"
Liderin qalibiyyətindən - Video
Vernidub qələbələrin sirrini açıqladı
"Qarabağ"la oyunu potensial 3 xal fürsəti kimi görürəm"
Toral Bayramov öz qapısına elə bir qol vurdu ki… - Video
"Turan Tovuz" "Qarabağ"ı belə məğlub etdi - Video
"Vəziyyəti düzəltməyə çalışacağıq" - Qurban Qurbanov
Kurban Berdıyev "Qarabağ" üzərində qələbəni şərh etdi
“Qarabağ” azarkeşləri: “Bu azarkeşin haqqını verin!” - Video
Portuqaliya millisinin kapitanı kim olacaq?
İspaniyanın Millətlər Liqası üçün heyəti
"Neftçi" - "Kəpəz": Heyətlər
Yenə dünya çempionu oldular
Tuhel: “Millətlər Liqasında birinci olmalıyıq”
"Qarabağ" - "Turan Tovuz": Heyətlər açıqlandı
İngiltərənin Xorvatiya və İspaniya ilə oyunlar üçün heyəti
"Ayın qolu"nun müəllifi mükafatlandırıldı
"Turan Tovuz"un legioneri milliyə dəvət aldı
Futbol meydanlarından Zəfər meydanlarına
Azərbaycan – Latviya oyununun hakimləri açıqlandı
Oyuna çıxmayan "Mingəçevir"ə texniki məğlubiyyət verildi
Emin Mahmudov millidəki karyerasını bitirir - Rəsmi
Ayxan Abbasov milliyə 27 futbolçu çağırdı - Mezzotero da var
Məşhur klubun prezidenti 6 aylıq cəzalandırıldı