"Qəbələ" Topaz Premyer Liqasında 26-cı turunda mükafatçılar sırasına düşmək uğrunda mübarizədə əsas rəqibi olan “Səbail”lə görüşəcək.
Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, Bakı təmsilçisinin meydanında keçiriləcək qarşılaşma rəqiblərin 10-cu dueli olacaq. İlk dəfə ötən mövsüm üz-üzə gələn “Qəbələ” və “Səbail” indiyədək 9 dəfə görüşüb. Daha çox - 6 qələbə qazanan “qırmızı-qaralar” 2 heç-heçə edib və yalnız 1 dəfə uduzub. Bu üstünlük top fərqində də əksini tapıb – 18:8. Keçirilən matçlarda Baqali Dabo hamıdan çox – 6 qol vurub. Famussa kone və Ceyms Adeniyi hərəyə üç dəfə fərqlənib.
8-ci dəfə Premyer Liqada görüşəcək “Qəbələ” və “Səbail” çempionatda 7 dəfə üz-üzə gəlib. 4 qələbə qazanan komanda heç-heçə edib və 1 dəfə uduzub. 13 qol vuran “qırmızı-qaralar” 6 top buraxıb.
Xatırladaq ki, “Səbail” - “Qəbələ” görüşü saat 17:30-da başlayacaq.
"Kəpəz" onu da göndərdi
"Qarabağ" başlayır
"Torpedo" bizdən daha hazırlıqlı idi" - Rəşad Sadıqov
"Sürpriz hazırlamışdıq, amma "Zirə" çox güclü rəqib çıxdı"
“Zirə”dən ilk oyunda böyükhesablı qələbə
“Qarabağ”ın “Vestri” hazırlığından - Şəkillər
İsveçrə millisinin qapıçısı rəqiblərini üstələdi
FİFA Fransanın şikayətini rədd etdi
Qurban Qurbanovdan Elvinlə bağlı açıqlama
"Real" Vinisius üçün son tarix müəyyənləşdirib
“Zirə” - “Torpedo”: Heyətlər
Poqba "Monako"dan gedə bilər
Raşford "Mançester Yunayted"ə qayıdır
"Kəpəz" Ehtiram Şahverdiyevlə yolları ayırdı