Gənclər və İdman naziri Azad Rəhimov Bakıda keçiriləcək UEFA Avropa Liqasının final matçı haqqında fikirlərini bölüşüb.
Qol.az-ın "Sport-Express"ə istinadən yaydığı xəbərə görə,o, hazırda ölkədə "Formula 1"in keçirildiyini və tezliklə Avropa Liqasının finalı kimi böyük hadisəyə ev sahibliyi edəcəklərini söyləyib.
A.Rəhimov Avroliqada "Çelsi"yə azarkeşlik edəcəyini deyib: "Finalda kimi görmək istəyirik? Həlledici oyunda əsla İngiltərə finalı istəmirəm. Hazırkı komandalardan "Çelsi"yə azarkeşlik edəcəyəm. Hər halda Roman Abramoviç bizim adamdır".
Nazir "İngiltərəli azarkeşlərdən qorxursunuz?" sualını isə belə cavablandırıb: "Bilirəm ki, onlara çoxlu pivə lazım olacaq. Amma biz hazırıq. Bütün pivə zavodları tam gücü ilə işləyir. Amma onların nəyisə dağıdacaqlarını düşünmürəm. Çünki başqa yerlərdə də dağıtmayıblar".
Qeyd edək ki, Avropa Liqasının yarımfinalında "Arsenal" (İngiltərə) - "Valensiya" (İspaniya) və "Ayntraxt" (Almaniya) - "Çelsi" (İngiltərə) cütləri üz-üzə gələcək. Final görüşü mayın 29-da Bakı Olimpiya Stadionunda təşkil olunacaq .
PSJ-də şok itki
Kaxaber Sxadadze bu klubun baş məşqçisi oldu
Baş məşqçi məşqlərin dronla çəkilməsinə qarşı çıxdı
Federasiya prezidentini yalan danışmaqda ittiham etdi
Arteta futbolçularına xəbərdarlıq etdi
Murad Məmmədovun komandasından qələbə
“Qəbələ” “Şəfa”nı belə məğlub etdi - Video
“Mançester Yunayted”dən ayrıla bilər
"Bu işdə tək olmalı deyiləm" - Zaur Həşimov
Meydanda zədələndi, xəstəxanaya aparıldı
“Bu gün qələbəyə layiq olan tərəf biz idik” - Yeton Bekiri
Nadal “Real”da yeni vəzifəyə seçildi
“Qəbələ” “Şəfa”ya, "Turan Tovuz" "Şamaxı"ya qalib gəldi
“Turan Tovuz”un qələbəsindən - Video
"Ayın qolu"nun müəllifi mükafatlandırıldı
“Belə hallara yol vermək olmaz” - Kurban Berdiyev