“Neftçi”nin kapitanı Emin Mahmudov Topaz Premyer Liqasının 25-ci turunda “Sabah”a 2:0 hesabı ilə qalib gəldikləri matçdan sonra jurnalistlərin suallarını cavablandırıb. Qol.az-nı məlumatına görə, o, görüşün çətin keçdiyini bildirib.
- Çətin qələbə qazandınız. Oyunla bağlı nə deyə bilərsiniz?
- Çətin oyun oldu. Birinci hissədə çox pis çıxış etdik. Çünki rəqibə bütün hava toplarını uduzduq. İkinci hissədə oyunumuzu dəyişdik. Daha aqressiv olduq, topla yaxşı oynadıq.
- “Sabah”la keçirdiyiniz bundan əvvəlki görüş də gərgin olmuşdu. Sizcə, rəqibə qarşı oyunlarınız niyə çətin keçir?
- Bütün komandalarla görüşlərimiz çətin keçir. “Sabah” pis komanda deyil, yaxşı oyunçuları var. Hər bir komanda ilə oynamaq, qələbə qazanmaq çətindir.
- Hakimlə bağlı nə deyə bilərsiniz? Son zamanlar hakimlərə çox etiraz edirsiniz.
- Bizim oyunlarımızı daha çox gənc hakimlər idarə edir. Oyunda həddindən artıq sarı vərəqə göstərirlər. Mən də buna etiraz edirəm. Komandamız çempionluğa oynayır, belə matçlar onlara da çətin olur.
- Çempionluğa oynayan komandanın qarşılaşmalarına belə cavan, təcrübəsiz referilər göndərmək nə dərəcədə düzgündür?
- Belə oyunları idarə etmək onları irəli aparmayacaq. Onlara da çətinlik yaradır, matçlar da çox aqressiv keçir.
- Sizin iştirak etmədiyiniz matçlarda “Neftçi” çox əziyyət çəkir. Bu, nə ilə bağlıdır?
- Mənimlə də, mənsiz də əziyyət çəkir. Bunun fərqi yoxdur. Hər bir oyunçumuz komandaya nəticə vermək üçün meydana çıxır, çalışır.
- “Səbail”lə oyuna kimi meydana lider kimi çıxırdınız. İndi isə ikinci pillədə qərarlaşan komanda kimi çıxırsınız. Bu, hər hansı bir təzyiq yaradırmı?
- Biz lider olanda vəziyyət daha yaxşı idi, amma onsuz da hər oyun qələbə qazanmaq lazımdır. Heç nə dəyişməyib. Əlbəttə ki, irəlidə olanda səhv etmək üçün müəyyən şansımız var idi, amma indi yoxdur. Hər oyun qələbə qazanmalıyıq. Sona 3 tur qalıb. Vuruşmalı, əlimizdən gələni etməliyik. Hər bir qarşılaşmada 3 xal qazanmaq lazımdır, yoxsa çempionluğu yaddan çıxarmalıyıq.
PSJ-dən Dembele qərarı
"Emin Mahmudov "Neftçi"nin məşqçisi ola bilər"
Liderin qalibiyyətindən - Video
Vernidub qələbələrin sirrini açıqladı
"Qarabağ"la oyunu potensial 3 xal fürsəti kimi görürəm"
Toral Bayramov öz qapısına elə bir qol vurdu ki… - Video
"Turan Tovuz" "Qarabağ"ı belə məğlub etdi - Video
"Vəziyyəti düzəltməyə çalışacağıq" - Qurban Qurbanov
Kurban Berdıyev "Qarabağ" üzərində qələbəni şərh etdi
“Qarabağ” azarkeşləri: “Bu azarkeşin haqqını verin!” - Video
Portuqaliya millisinin kapitanı kim olacaq?
İspaniyanın Millətlər Liqası üçün heyəti
"Neftçi" - "Kəpəz": Heyətlər
Yenə dünya çempionu oldular
Tuhel: “Millətlər Liqasında birinci olmalıyıq”
"Qarabağ" - "Turan Tovuz": Heyətlər açıqlandı
İngiltərənin Xorvatiya və İspaniya ilə oyunlar üçün heyəti
"Ayın qolu"nun müəllifi mükafatlandırıldı
"Turan Tovuz"un legioneri milliyə dəvət aldı
Futbol meydanlarından Zəfər meydanlarına
Azərbaycan – Latviya oyununun hakimləri açıqlandı
Oyuna çıxmayan "Mingəçevir"ə texniki məğlubiyyət verildi
Emin Mahmudov millidəki karyerasını bitirir - Rəsmi
Ayxan Abbasov milliyə 27 futbolçu çağırdı - Mezzotero da var
Məşhur klubun prezidenti 6 aylıq cəzalandırıldı