"Oyuna ciddi hazırlaşmışdıq. Buna qədər 3 matçda "Neftçi"dən xal götürməmişdik. Bu görüşdə ilk yarıda pis təsir bağışlamadıq".
Qol.az-ın məlumatına görə, bunu "Sabah"ın baş məşqçisi Elşad Əhmədov Azərbaycan Premyer Liqasının 25-ci turunda evdə "Neftçi"yə 0:2 hesabı ilə uduzduqları oyundan sonra söyləyib.
48 yaşlı mütəxəssis bildirib ki, matçın 55-ci dəqiqəsində Novruz Məmmədovun qırmızı vərəqə alması oyunlarına mənfi təsir edib: "İkinci sarı vərəqə epizoduna baxmaq lazımdır. "Neftçi" kimi komandaya qarşı azlıqda oynamaq çətindir".
Baş məşqçi buraxılan ilk qolda qapıçı Saşa Stamenkoviçin səhvə yol verməsinə də toxunub: "Bəli, qolda səhvi vardı, zərbəni dəf etmək olardı. Ancaq alınmadı. O, komandamız üçün lazımlı oyunçudur. Səhv hamımızındır. Bu yerlərə gəlməyimizdə həm Saşanın, həm də Marko Deviç kimi futbolçuların əməyi böyük olub. Mövsümün əvvəlində qarşımıza elitada qalmaq tapşırığı qoyulmuşdu. İndi mövsüm bitər, rəhbərlik qiymət verər".
Əhmədov Təmkin Xəlilzadənin əsas heyətdən kənarlaşdırılması barədə də danışıb: "Klubdaxili işdir, açıqlama vermək düzgün deyil. Nizam-intizamı pozduğuna görə cəzalandırılıb. Lazım olsa, klubdan açıqlama verilər".
PSJ-dən Dembele qərarı
"Emin Mahmudov "Neftçi"nin məşqçisi ola bilər"
Liderin qalibiyyətindən - Video
Vernidub qələbələrin sirrini açıqladı
"Qarabağ"la oyunu potensial 3 xal fürsəti kimi görürəm"
Toral Bayramov öz qapısına elə bir qol vurdu ki… - Video
"Turan Tovuz" "Qarabağ"ı belə məğlub etdi - Video
"Vəziyyəti düzəltməyə çalışacağıq" - Qurban Qurbanov
Kurban Berdıyev "Qarabağ" üzərində qələbəni şərh etdi
“Qarabağ” azarkeşləri: “Bu azarkeşin haqqını verin!” - Video
Portuqaliya millisinin kapitanı kim olacaq?
İspaniyanın Millətlər Liqası üçün heyəti
"Neftçi" - "Kəpəz": Heyətlər
Yenə dünya çempionu oldular
Tuhel: “Millətlər Liqasında birinci olmalıyıq”
"Qarabağ" - "Turan Tovuz": Heyətlər açıqlandı
İngiltərənin Xorvatiya və İspaniya ilə oyunlar üçün heyəti
"Ayın qolu"nun müəllifi mükafatlandırıldı
"Turan Tovuz"un legioneri milliyə dəvət aldı
Futbol meydanlarından Zəfər meydanlarına
Azərbaycan – Latviya oyununun hakimləri açıqlandı
Oyuna çıxmayan "Mingəçevir"ə texniki məğlubiyyət verildi
Emin Mahmudov millidəki karyerasını bitirir - Rəsmi
Ayxan Abbasov milliyə 27 futbolçu çağırdı - Mezzotero da var
Məşhur klubun prezidenti 6 aylıq cəzalandırıldı