"Qəbələ"nin futbolçusu Stiven Monrozun Azərbaycan Premyer Liqasının son turunda "Keşlə" ilə keçirilən oyunda ədəbsiz hərəkətə yol verməsinin səbəbi müəyyənləşib.
Bu barədə klubun meneceri Səbuhi Səfiyarlı məlumat verib. Səfiyarlı bildirib ki, fransalı hücumçu dördüncü hakim Rövşən Rəcəbovun israrından sonra şortunu tam yuxarı qaldırıb: "Qaydalara əsasən, losin şortun rənginə uyğun olmalıdır. İndiyədək komandamız əksər oyunlara qara rəngli şortlarla çıxdığı üçün losin də qara olub. Amma bu dəfə səfər matçı olduğundan, ağ rəngli formada oynayırdıq. Monroz isə qara rəngli losin geyindiyindən, oyun vaxtı onu əynindən çıxarması tələb olunub. O da referinin tələbini yerinə yetirib, sadəcə, dəyişdirməyə macal tapmayıb. Meydana qayıtdığı vaxt dördüncü hakim ondan losini çıxarıb-çıxarmadığını soruşub. Monroz "çıxarmışam" desə də, Rəcəbov losini yığıb gizlətdiyini düşünərək, futbolçumuza qarşı israrlı davranıb. Nəticədə oyunçumuz şortunu tam yuxarı qaldırıb və bu da canlı yayıma düşüb".
Bununla belə, "Qəbələ" rəsmisi futbolçunun cəzalanacağını vurğulayıb: "İstənilən halda, Monrozun hərəkəti xoşagəlməz haldır və buna görə üzr istəyirik. Futbolçunun özü pul cəriməsinə məruz qalacaq". (sportnet.az)
PSJ-dən Dembele qərarı
"Emin Mahmudov "Neftçi"nin məşqçisi ola bilər"
Liderin qalibiyyətindən - Video
Vernidub qələbələrin sirrini açıqladı
"Qarabağ"la oyunu potensial 3 xal fürsəti kimi görürəm"
Toral Bayramov öz qapısına elə bir qol vurdu ki… - Video
"Turan Tovuz" "Qarabağ"ı belə məğlub etdi - Video
"Vəziyyəti düzəltməyə çalışacağıq" - Qurban Qurbanov
Kurban Berdıyev "Qarabağ" üzərində qələbəni şərh etdi
“Qarabağ” azarkeşləri: “Bu azarkeşin haqqını verin!” - Video
Portuqaliya millisinin kapitanı kim olacaq?
İspaniyanın Millətlər Liqası üçün heyəti
"Neftçi" - "Kəpəz": Heyətlər
Yenə dünya çempionu oldular
Tuhel: “Millətlər Liqasında birinci olmalıyıq”
"Qarabağ" - "Turan Tovuz": Heyətlər açıqlandı
İngiltərənin Xorvatiya və İspaniya ilə oyunlar üçün heyəti
"Ayın qolu"nun müəllifi mükafatlandırıldı
"Turan Tovuz"un legioneri milliyə dəvət aldı
Futbol meydanlarından Zəfər meydanlarına
Azərbaycan – Latviya oyununun hakimləri açıqlandı
Oyuna çıxmayan "Mingəçevir"ə texniki məğlubiyyət verildi
Emin Mahmudov millidəki karyerasını bitirir - Rəsmi
Ayxan Abbasov milliyə 27 futbolçu çağırdı - Mezzotero da var
Məşhur klubun prezidenti 6 aylıq cəzalandırıldı