"Bizim üçün gözlənilməz nəticədir. İlk hissədə aparıcı tərəf olmağa çalışırdıq. Hesabda 1:0 öndə olanda növbəti qolu vurmağa çalışırdıq. Nəticəyə rəğmən, sonadək vuruşacağıq".
Qol.az xəbər verir ki, bu sözləri "Neftçi"in baş məşqçisi Roberto Bordin Azərbaycan Premyer Liqasının 24-cü turunda səfərdə "Səbail" ilə 2:2 hesablı bərabərlikdən sonra mətbuat konfransında deyib.
İtaliyalı mütəxəssis matçın 72-ci dəqiqəsində zədələnən hücumçu Mirabdulla Abbasovun əvəzinə müdafiəçi Tural Axundovu oyuna daxil etməsinə belə şərh verib: "Mirabdullanın yerinə Sansoneni buraxa bilməzdim. Çünki limit pozulardı. Rəqib də hücumlar təşkil edirdi. Abbasovun zədələnməsi qırılma nöqtəsi oldu. Məcbur qalıb sistemi də dəyişdim. Rəqibin ehtiyat oyunçular skamyasının qolları çılğınlıqla qeyd etməsinə siz şərh verə bilərsiniz. Biz ilk dəqiqələrdən sona qədər qələbə haqda düşünürdük. Rəqib yaxşı müdafiə olunurdu. Emin Mahmudovun yoxluğu hiss olunurdu. O, komandanın lideridir, simvoludur".
Bordin "Neftçi"nin qorxaq futbol sərgiləməsi ilə bağlı iradı qəbul etmədiyini deyib: "Komandam titula layiqdir. Qorxaq futbol sərgiləmir. İllərdir futbolun içindəyəm. Köməkçi də olmuşam, baş məşqçi də işləmişəm. Biz ikinci yer üçün mübarizə aparmırıq. Sona qədər də çempionluq mübarizəsində yer alacağıq".
PSJ-dən Dembele qərarı
"Emin Mahmudov "Neftçi"nin məşqçisi ola bilər"
Liderin qalibiyyətindən - Video
Vernidub qələbələrin sirrini açıqladı
"Qarabağ"la oyunu potensial 3 xal fürsəti kimi görürəm"
Toral Bayramov öz qapısına elə bir qol vurdu ki… - Video
"Turan Tovuz" "Qarabağ"ı belə məğlub etdi - Video
"Vəziyyəti düzəltməyə çalışacağıq" - Qurban Qurbanov
Kurban Berdıyev "Qarabağ" üzərində qələbəni şərh etdi
“Qarabağ” azarkeşləri: “Bu azarkeşin haqqını verin!” - Video
Portuqaliya millisinin kapitanı kim olacaq?
İspaniyanın Millətlər Liqası üçün heyəti
"Neftçi" - "Kəpəz": Heyətlər
Yenə dünya çempionu oldular
Tuhel: “Millətlər Liqasında birinci olmalıyıq”
"Qarabağ" - "Turan Tovuz": Heyətlər açıqlandı
İngiltərənin Xorvatiya və İspaniya ilə oyunlar üçün heyəti
"Ayın qolu"nun müəllifi mükafatlandırıldı
"Turan Tovuz"un legioneri milliyə dəvət aldı
Futbol meydanlarından Zəfər meydanlarına
Azərbaycan – Latviya oyununun hakimləri açıqlandı
Oyuna çıxmayan "Mingəçevir"ə texniki məğlubiyyət verildi
Emin Mahmudov millidəki karyerasını bitirir - Rəsmi
Ayxan Abbasov milliyə 27 futbolçu çağırdı - Mezzotero da var
Məşhur klubun prezidenti 6 aylıq cəzalandırıldı