“Çətin oyun oldu. Bu haqda öncədən bilirdik və futbolçuları da məlumatlandırmışdıq. Onlar məşqlərdə, videoanalizlər zamanı tam məsuliyyəti dərk edərək hazırlaşmışdılar".
Qol.az xəbər verir ki, bu sözləri "Qəbələ"nin baş məşqçisi Sənan Qurbanov Azərbaycan Premyer Liqasının 24-cü turunda bu gün "Keşlə"yə qalib gəldikləri oyundan sonra mətbuat konfrasında deyib.
2:1 hesablı qələbəni şərh edən çalışdırıcı matçın keçirildiyi "Ask Arena"nın meydançasından gileylənib:
"Bilirdik ki, rəqib çox aqressiv oynayacaq. Meydançanın da vəziyyətini nəzərə almışdıq. Sevinirik ki, oyunu zədələrsiz və üç xalla başa vurduq. Bu, sevindirici məqamlardandır. Meydança ilə bağlı narahatçılığımız var idi. Oyunöncəsi məşqi də bu arenada etməmişdik. Çünki zədələrdən ehtiyat edirdik. Futbolçular mübarizə apardılar. Mövsümün sonunun gərgin keçəcəyini bilirik. Oyunçuları qələbə münasibətilə təbrik edirəm. Futbolçular hesabda öndə olanda nədənsə müdafiə olunmaq barədə düşünürlər. Bu barədə tapşırıq vermirik, çalışırıq ki, belə olmasın. Amma bəzən konsentrasiya itkisi ilə üzləşirik. “Zirə” ilə görüşdə rəqib bizi buna məcbur etmişdi. Bəzən də top itkiləri üzündən müdafiədə oturmağa məcbur oluruq. Bunu gərginliklə bağlayardım. Komandada rəqabət olmasına çalışırıq. Belə olanda oyunçular istəkli oynayır. Bu gün Davit Volkovi tapşırıqların öhdəsindən gəlməyə çalışdı. Azarkeşlərə təşəkkür edirəm. Əziyyət çəkib yol qət edərək matça gəlmişdilər. Bu qələbə də onlara lazım idi ki, yaxşı əhval-ruhiyyə ilə geri qayıtsınlar. Ev matçlarında da bu qədər azarkeş görmək istəyirəm”.
PSJ-dən Dembele qərarı
"Emin Mahmudov "Neftçi"nin məşqçisi ola bilər"
Liderin qalibiyyətindən - Video
Vernidub qələbələrin sirrini açıqladı
"Qarabağ"la oyunu potensial 3 xal fürsəti kimi görürəm"
Toral Bayramov öz qapısına elə bir qol vurdu ki… - Video
"Turan Tovuz" "Qarabağ"ı belə məğlub etdi - Video
"Vəziyyəti düzəltməyə çalışacağıq" - Qurban Qurbanov
Kurban Berdıyev "Qarabağ" üzərində qələbəni şərh etdi
“Qarabağ” azarkeşləri: “Bu azarkeşin haqqını verin!” - Video
Portuqaliya millisinin kapitanı kim olacaq?
İspaniyanın Millətlər Liqası üçün heyəti
"Neftçi" - "Kəpəz": Heyətlər
Yenə dünya çempionu oldular
Tuhel: “Millətlər Liqasında birinci olmalıyıq”
"Qarabağ" - "Turan Tovuz": Heyətlər açıqlandı
İngiltərənin Xorvatiya və İspaniya ilə oyunlar üçün heyəti
"Ayın qolu"nun müəllifi mükafatlandırıldı
"Turan Tovuz"un legioneri milliyə dəvət aldı
Futbol meydanlarından Zəfər meydanlarına
Azərbaycan – Latviya oyununun hakimləri açıqlandı
Oyuna çıxmayan "Mingəçevir"ə texniki məğlubiyyət verildi
Emin Mahmudov millidəki karyerasını bitirir - Rəsmi
Ayxan Abbasov milliyə 27 futbolçu çağırdı - Mezzotero da var
Məşhur klubun prezidenti 6 aylıq cəzalandırıldı