"Qarabağ”ın yarımmüdafiəçisi Riçard Almeyda Azərbaycan Premyer Liqasının 24-cü turunda evdə “Sabah”ı 3:0 hesabı ilə məğlub etdikləri oyundan sonra jurnalistlərin suallarını cavablandırıb. Qol.az-ın məlumatına görə, görüşdə hesabı açan futbolçu əvvəlcə qələbəni şərh edib.
- Qələbə qazanmaq üçün nə lazımdırsa, etdik: hücumların qurulması, top itirdikdən sonra pressinq edib topu yerindəcə almaq. Kifayət qədər qol vəziyyəti yaratdıq. Böyükhesablı qələbəyə baxmayaraq daha çox qol vura bilərdik. Buna görə komanda yoldaşlarıma minnətdaram. Doğru yoldayıq, belə də davam etməliyik.
- Bir neçə real qol epizodunda son nöqtəni qoya bilmirdiniz. Problem nədə idi?
- Hardasa sizinlə razılaşa bilərəm. Məşqlərdə bunun üzərində çox işləyirik. Saşa Stamenkoviçin zəhmətini də yerə vurmaq olmaz. O, çox seyv etdi, əməyini danmaq olmaz. Ümumi götürdükdə bunu yaxşılaşdırmaq üçün çalışırıq.
- Səncə, bunun üçün hücumun sivri ucuna yeni, daha səviyyəli hücumçu lazımdır?
- Bu, mənim üzərimə düşən iş deyil. Komandamızda Mahir, Emeqara, Reynaldo, Araz kimi hücumçular var. Hər kəs öz üzərinə düşən işlə məşğul olmalıdır. Mən də öz işimi görməliyəm. Bu sual baş məşqçiyə ünvanlansa, yaxşı olar. Mövsümün sonunda hər şeyi biləcəyik.
- Sona dörd tur qalıb. Çempionluq şansınızı necə dəyərləndirirsən?
- Biz qalib gəlirik, "Neftçi" də udur. İndidən nəsə demək olmur. “Neftçi” də yaxşı komandadır. Azərbaycan klubları son illər inkişaf mərhələsindədirlər. Getdikcə qələbə qazanmaq daha da çətin olur. Komandaların səviyyəsi artıb.
- Sabah “Neftçi” “Səbail”ə qarşı oynayacaq. Əsas rəqibinizin xal itirəcəyini gözləyirsiniz?
- Mən heç “Neftçi”nin oyunlarına baxmıram. Bizim üçün əsas olan öz üzərimizə düşən işdir. Bu gün qalib gəlməliydik. Yolumza davam edirik.
- Necə düşünürsən, çempionluğun taleyi son oyuna qalacaq, yoxsa vaxtından əvvəl həll olunacaq?
- Futbolda hər şey mümkündür. Niyə də olmasın? Təsəvvür edin ki, hər şey son tura qalır. Həm bizim, həm də onlar üçün möhtəşəm oyun olacaq. Öz üzərimizə düşən işi görməliyik.
- Son vaxtlar səni çox tənqid edirlər. Necə düşünürsən, bunu haqq edirsən?
- Hər bir futbolçu tənqid olunmalıdır. Tənqidi qəbul etməyi bacarmaq lazımdır. Amma məşqçim nə deyirsə, mənim üçün o daha önəmlidir.
PSJ-dən Dembele qərarı
"Emin Mahmudov "Neftçi"nin məşqçisi ola bilər"
Liderin qalibiyyətindən - Video
Vernidub qələbələrin sirrini açıqladı
"Qarabağ"la oyunu potensial 3 xal fürsəti kimi görürəm"
Toral Bayramov öz qapısına elə bir qol vurdu ki… - Video
"Turan Tovuz" "Qarabağ"ı belə məğlub etdi - Video
"Vəziyyəti düzəltməyə çalışacağıq" - Qurban Qurbanov
Kurban Berdıyev "Qarabağ" üzərində qələbəni şərh etdi
“Qarabağ” azarkeşləri: “Bu azarkeşin haqqını verin!” - Video
Portuqaliya millisinin kapitanı kim olacaq?
İspaniyanın Millətlər Liqası üçün heyəti
"Neftçi" - "Kəpəz": Heyətlər
Yenə dünya çempionu oldular
Tuhel: “Millətlər Liqasında birinci olmalıyıq”
"Qarabağ" - "Turan Tovuz": Heyətlər açıqlandı
İngiltərənin Xorvatiya və İspaniya ilə oyunlar üçün heyəti
"Ayın qolu"nun müəllifi mükafatlandırıldı
"Turan Tovuz"un legioneri milliyə dəvət aldı
Futbol meydanlarından Zəfər meydanlarına
Azərbaycan – Latviya oyununun hakimləri açıqlandı
Oyuna çıxmayan "Mingəçevir"ə texniki məğlubiyyət verildi
Emin Mahmudov millidəki karyerasını bitirir - Rəsmi
Ayxan Abbasov milliyə 27 futbolçu çağırdı - Mezzotero da var
Məşhur klubun prezidenti 6 aylıq cəzalandırıldı