"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqanın 24-cü turunda "Sabah"a evdə 3:0 hesabı ilə qalib gəldikləri qarşılaşmadan sonra mətbuat konfransı keçirib. Qol.az-ın məlumatına görə, təcrübəli mütəxəssis əvvəlcə görüş haqda danışıb.
- Futbolçularımı təbrik edirəm. Yaxşı oyunla vacib qələbə qazandıq. Çox aqressiv komandaya qarşı oynayırdıq. Məlumdur ki, "Sabah"a bundan əvvəl iki oyunda qalib gələ bilməmişdik. Bəlkə də ən aqressiv oyunlarını bizə qarşı oynamışdılar. Bu dəfə də hesabda geridə olsalar da, yenə hücum edirdilər. Dinamik bir komanda gördük. Həmkarım Elşad Əhmədovu təbrik edirəm.
- Bundan sonra ən çətin oyun kimi hansını düşünürsünüz?
- Hər matçdan sonrakı oyun ən çətindir. Çempionatın sonuna yaxınlaşdıqca bizim üçün hər oyun ağır olur. Ümumiyyətlə, psixoloji baxımdan daha çətindir.
- Emeqara və Reynaldo ehtiyatda qalır. Ancaq vaxtilə "Qarabağ"da yaxşı oynadıqlarına onları geri qaytarmısınız. Bu gün həmin hücumçularda nə çatmır?
- Hər oyun bizim üçün vacibdir. Demək olmaz ki, onlarda nəsə çatmır, hansısa planda zəifdirlər. Digər futbolçularımız heç də pis deyillər. Həm də hazırda oyunçu sayımız çoxdur. Ola bilər ki, qarşıdakı görüşlərdə onları meydanda görək. Hər bir futbolçu bizə lazımdır.
- Bəziləri ilə yollar ayrılacaq?
- Hər mövsümün sonu dəyişikliklər ola bilər. Bu, normal prosesdir. Ancaq indi heç biri ilə bağlı qərar verilməyib.
PSJ-dən Dembele qərarı
"Emin Mahmudov "Neftçi"nin məşqçisi ola bilər"
Liderin qalibiyyətindən - Video
Vernidub qələbələrin sirrini açıqladı
"Qarabağ"la oyunu potensial 3 xal fürsəti kimi görürəm"
Toral Bayramov öz qapısına elə bir qol vurdu ki… - Video
"Turan Tovuz" "Qarabağ"ı belə məğlub etdi - Video
"Vəziyyəti düzəltməyə çalışacağıq" - Qurban Qurbanov
Kurban Berdıyev "Qarabağ" üzərində qələbəni şərh etdi
“Qarabağ” azarkeşləri: “Bu azarkeşin haqqını verin!” - Video
Portuqaliya millisinin kapitanı kim olacaq?
İspaniyanın Millətlər Liqası üçün heyəti
"Neftçi" - "Kəpəz": Heyətlər
Yenə dünya çempionu oldular
Tuhel: “Millətlər Liqasında birinci olmalıyıq”
"Qarabağ" - "Turan Tovuz": Heyətlər açıqlandı
İngiltərənin Xorvatiya və İspaniya ilə oyunlar üçün heyəti
"Ayın qolu"nun müəllifi mükafatlandırıldı
"Turan Tovuz"un legioneri milliyə dəvət aldı
Futbol meydanlarından Zəfər meydanlarına
Azərbaycan – Latviya oyununun hakimləri açıqlandı
Oyuna çıxmayan "Mingəçevir"ə texniki məğlubiyyət verildi
Emin Mahmudov millidəki karyerasını bitirir - Rəsmi
Ayxan Abbasov milliyə 27 futbolçu çağırdı - Mezzotero da var
Məşhur klubun prezidenti 6 aylıq cəzalandırıldı