"Gördüyünüz kimi, çox çətin səbətə düşmüşdüm. Finala qədər güclü rəqiblərlə qarşılaşdım. Bununla belə, titulumu qoruya bildim".
Qol.az Azərbaycan Güləş Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, bu sözləri Rumıniyanın paytaxtı Buxarestdə keçirilən Avropa çempionatında qızıl medal qazanan idmançımız Hacı Əliyev (65 kq) deyib.
28 yaşlı güləşçi yarışın ağır keçdiyini bildirib: "Qələbəmi aprel şəhidlərinin ruhuna ithaf edirəm. Düzdür, bu, onları geri qaytarmayacaq. Ancaq ümid edirəm ki, bununla az da olsa, ruhlarını şad etmiş olaram. Yavaş-yavaş formamın zirvəsinə çatıram. Ancaq dayanmaq olmaz. Daha da artırmaq lazımdır. Çünki bizi çox güclü dünya çempionatı gözləyir. Ona çox yaxşı hazırlaşmalıyıq".
Qeyd edək ki. Hacı Əliyev 1/8 final mərhələsində Ermənistan güləşçisi Vazgen Tevanyanı məğlubiyyətə uğradıb.
Rüfətin komandası uduzdu
Mahir Emreli növbəti qolunu vurdu
“Mançester Yunayted” Bruno Fernandeşin müqaviləsini uzatdı
"Neftçi" 3 xalı bu qolla qazandı - Video
Yuri Vernidub Rəşad Sadıqova cavab verdi
Sadıqovdan Vernidubla söhbətdə əsəbi reaksiya - Video
"Neftçi" "Zirə"yə, "Şəfa" "İmişli"yə qalib gəldi
“Bavariya”dan Musialanın zədəsi ilə bağlı açıqlaması
"Xankəndi" və "Səbail" qalib gəldilər
Mourinyo Flikə qarşı
UEFA araşdırmaya başladı
"Neftçi" - "Zirə": Heyətlər
Aleks de Souza bu klubun baş məşqçisi oldu
“İmişli”nin baş məşqçisi komandasını tənqid etdi
“Bu qələbəyə ehtiyacımız vardı” - Zaur Həşimov
Azərbaycan boksçuları Dünya kubokunun final mərhələsində
"Real" Diasla müqaviləni uzatdı - Rəsmi