Sərbəst güləşçimiz Cəbrayıl Həsənov Buxarestdə keçirilən Avropa çempionatının qalibi olub.
Qol.az-ın xəbərinə görə, o, vaxtından əvvəl – final matçına çıxmadan bu ada sahib olub. Məsələ burasındadır ki, 79 kq. çəkidə yarışan güləşçimiz finalda Əhməd Qazıməhəmmədovla (Rusiya) qarşılaşmalı idi.
Həkimlərin qərarına əsasən, Qazıməhəmmədov həlledici görüşə çıxmayacaq. Buna onun yarımfinalda zədələnməsi səbəb olub. Rusiya millisinin baş məşqçisi Dzambolat Tedeyev Rusiya Güləş Federasiyasının saytına açıqlamasında məlumatı təsdiqləyib. O qeyd edib ki, Qazıməhəmmədov bu gün səhər tibbi müayinədən keçib. Bundan sonra həkimlər onun final görüşünə çıxmağına icazə verməyiblər.
Beləliklə, Əhməd Qazıməhəmmədov finalda iştirak etməyəcəyi üçün yarışın gümüş, Cəbrayıl Həsənov isə qızıl medalına layiq görüləcək.
Qeyd edək ki, 2016 Rio Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı olan C.Həsənov 2010 və 2011-ci illərdə də Avropa çempionu adını qazanıb.
İspaniya Belçikaya qarşı
Kuansaya 2 oyunluq cəza, yarımfinalı buraxacaq
"Qarabağ"ın bizə 10 qol vuracağını gözləyirdilər"
"Barselona"nın yetirməsi "Kristal Pelas"da
"Qarabağ"dan böyükhesablı qələbə
Karim Rossi “Qəbələ”də
"Şamaxı"dan yeni transfer
"İnter"in hədəfinə düşdü
Əlcəzair millisində gərginlik davam edir
"Kəpəz" onu da göndərdi
“Sumqayıt”a yeni baş məşqçi təyin edildi
Almanlar Kloppa nə qədər maaş təklif edib?
Mərakeş qalib olsa, yarımfinala itkilərlə gedə bilər
İsveçrədən Argentina matçına görə xüsusi məşq
"Arsenal"dan yeni transfer
Rafael Markes millinin baş məşqçisi oldu - Rəsmi
Norveç millisi narazı qaldı - Oteli dəyişdirdi
“Turan Tovuz”dan ayrılan futbolçu Rusiya klubunda
Kloppla neçə illik müqavilə imzalanacaq?
"Şəfa" niderlandlı oyunçu transfer etdi
Azərbaycanlı futbolçu "Herta" ilə müqavilə imzaladı