126 gün gözlənilən qələbə - Premyer Liqamızda

126 gün gözlənilən qələbə - Premyer Liqamızda
ÖLKƏ FUTBOLU 8 Aprel 2019 / 12:42 2581
-  A +

“Sumqayıt” 2019-cu ildə ilk qələbəsini qazanıb.

Qol.az PFL-in rəsmi saytına istinadən xəbər verir ki, Topaz Premyer Liqasının 23-cü turunda “Keşlə”ni qəbul edən Ayxan Abbasovun komandası qələbəsizlik seriyasına son qoyub.

2:1 hesabı ilə qalib gələn meydan sahibləri 9 uğursuz matçdan sonra üç xala seviniblər. Sumqayıtlılar sonuncu dəfə ötən il dekabrın 1-də qalib gəlmişdi. 13-cü turun “Səbail”lə ev görüşündə 1:0 hesablı qələbəyə sevinən komanda növbəti qalibiyyəti 126 gün gözləyib.

Daha çox


Son xəbərlər
topaz banner