Renatın komandasından qələbə

Renatın komandasından qələbə
XƏBƏR 7 Aprel 2019 / 22:14 1806
-  A +

Portuqaliya Sequndasında 28-ci turun oyunları davam edir.

Qol.az xəbər verir ki, U-21 millimizin hücumçusu Renat Dadaşovun çıxış etdiyi "Eştoril" səfərdə "Kovilya" ilə qarşılaşıb.

Görüş "Eştoril"in əzmkar qələbəsi ilə başa çatıb - 2:1. Renat matçı ehtiyat oyunçular skamyasından izləyib.

Bu qələbə sayəsində xalını 48-ə çatdıran "Eştoril" turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb.


Dünya Çempionatı 2026
Son xəbərlər
topaz banner