"Daha böyük hesbala qalib gələ bilərdik. Oyunun sonunda özümüz özümüzə əsəbi anlar yaratdıq. Ancaq qorxulu heç nə yoxdur. Əsəbi sonluğu özümüz yaratdıq".
Qol.az xəbər verir ki, bu sözləri millimizin üzvü Emil Balayevin çıxış etdiyi "Tobol"un baş məşqçisi Vladimir Qazzayev Qazaxıstan Premyer Liqanın son turunda "Aktobe"yə evdə 2:1 hesabı ilə qalib gəldikləri oyundan sonra deyib.
Qazzayev Balayevin matçın sonunda kobud səhvə yola verərək qapısından qol buraxdığı epizoda haqda da danışıb. O, səhvinə baxmayaraq, qapıçının ümumilikdə etibarlı oynadığını bildirib: "Əsas odur ki, bu səhv yekun nəticəyə təsir etmədi. Balayev ötən oyunlarda olduğu kimi, qapıda çox etibarlı və çox inamlı dayandı. Əlbəttə, böyük ümidlər bəslədiyimiz digər qapıçı Sultan Busurmanova da şans verəcəyik. Həm bugünkü gündə, həm də perspektivdə. Ona görə qarşıdakı görüşlərdə mütləq oynayacaq".
Xatırladaq ki, Balayev matçın son dəqiqələrində qapısı qarşısında rəqib futbolçusunu aldatmağa çalışıb və topu itirərək hesabın 2:1 olmasına səbəb olub.
PSJ-də şok itki
Kaxaber Sxadadze bu klubun baş məşqçisi oldu
Baş məşqçi məşqlərin dronla çəkilməsinə qarşı çıxdı
Federasiya prezidentini yalan danışmaqda ittiham etdi
Arteta futbolçularına xəbərdarlıq etdi
Murad Məmmədovun komandasından qələbə
“Qəbələ” “Şəfa”nı belə məğlub etdi - Video
“Mançester Yunayted”dən ayrıla bilər
"Bu işdə tək olmalı deyiləm" - Zaur Həşimov
Meydanda zədələndi, xəstəxanaya aparıldı
“Bu gün qələbəyə layiq olan tərəf biz idik” - Yeton Bekiri
Nadal “Real”da yeni vəzifəyə seçildi
“Qəbələ” “Şəfa”ya, "Turan Tovuz" "Şamaxı"ya qalib gəldi
“Turan Tovuz”un qələbəsindən - Video
"Ayın qolu"nun müəllifi mükafatlandırıldı