“Səbail”in hücumçusu Ağabala Ramazanov Topaz Premyer Liqanın 23-cü turunda səfərdə “Sabah”a 1:3 hesabı ilə uduzduqları oyundan sonra jurnalistlərin suallarını cavablandırıb. Qol.az xəbər verir ki, futbolçu ilk olaraq məğlubiyyəti şərh edib.
- Oyuna yaxşı hazırlaşmışdıq. Bilirdik ki, bizim üçün vacib qarşılaşmadır. Matçın əhəmiyyətini hamımız dərk edirdik. Öz mövqeyimizi yaxşılaşdıra bilərdik. Amma alınmadı. Futboldur, ötən tur səfərdə “Zirə”ni udduq, amma bu dəfə məğlub olduq. “Qəbələ” də “Qarabağ”a uduzmuşdu, oyundan qabaq xəbərimiz var idi. Bu dəfə belə alındı. Qarşıdakı matçlarımıza fikir verəcəyik. Rəqibi təbrik edirəm, layiqli qələbə qazandılar.
- Artıq 3-cü dəqiqədə hesabı açdınız. Erkən qoldan sonra komandada arxayınlaşma oldu?
- Yox, arxayınlıq olduğunu deməzdim. Sadəcə, öz səhvlərimizdən uduzduq. Bundan nəticə çıxaracağıq.
- “Sabah”ın ən çox çətinlik çəkdiyi rəqib siz idiniz. Amma bu gün inamlı qələbə qazandılar. Səncə, məğlubiyyətə əsas səbəb nə oldu?
- Biz bu gün çox zəif oynadıq. Öz adımıza danışa bilərəm ki, həqiqədən yaxşı çıxış etmədik. “Sabah” layiqli qələbə qazandı. Onların qalibiyyətinə heç bir sözümüz yoxdur. Əslində rəqibin qələbəsini biz özümüz asanlaşdırdıq. Erkən qol vurmuşduq, tamam fərqli oynaya bilərdik. Amma istifadə edə bilmədik və hər şey əleyhimizə oldu.
- Baş məşqçiniz Aftandil Hacıyev mətbuat konfransında belə bir fikir səsləndirdi ki, deyəsən, bizi vaxtından əvvəl Avropa Liqasına göndərənlər var. Bu da komanda daxilində arxayınlıq yaradır. Sən necə düşünürsən, kollektiv arasında psixoloji baxımdan belə bir arxayınlıq varmı?
- Komanda yığılanda heç kim bu yerdə olacağımızı düşünmürdü. Hamı fikirləşirdi ki, ortabab klub olacağıq, 6-7-ci yerlərdə qərarlaşacağıq. Amma şükürlər olsun, bu gün 3-cü sıradayıq. Avroliqaya getmək şansımız var. Çalışırıq ki, bundan istifadə edək. Məşqçimiz hər şeyi daha yaxşı bilir. Nələrdəsə özümüzü “yandırırıq”.
PSJ-dən Dembele qərarı
"Emin Mahmudov "Neftçi"nin məşqçisi ola bilər"
Liderin qalibiyyətindən - Video
Vernidub qələbələrin sirrini açıqladı
"Qarabağ"la oyunu potensial 3 xal fürsəti kimi görürəm"
Toral Bayramov öz qapısına elə bir qol vurdu ki… - Video
"Turan Tovuz" "Qarabağ"ı belə məğlub etdi - Video
"Vəziyyəti düzəltməyə çalışacağıq" - Qurban Qurbanov
Kurban Berdıyev "Qarabağ" üzərində qələbəni şərh etdi
“Qarabağ” azarkeşləri: “Bu azarkeşin haqqını verin!” - Video
Portuqaliya millisinin kapitanı kim olacaq?
İspaniyanın Millətlər Liqası üçün heyəti
"Neftçi" - "Kəpəz": Heyətlər
Yenə dünya çempionu oldular
Tuhel: “Millətlər Liqasında birinci olmalıyıq”
"Qarabağ" - "Turan Tovuz": Heyətlər açıqlandı
İngiltərənin Xorvatiya və İspaniya ilə oyunlar üçün heyəti
"Ayın qolu"nun müəllifi mükafatlandırıldı
"Turan Tovuz"un legioneri milliyə dəvət aldı
Futbol meydanlarından Zəfər meydanlarına
Azərbaycan – Latviya oyununun hakimləri açıqlandı
Oyuna çıxmayan "Mingəçevir"ə texniki məğlubiyyət verildi
Emin Mahmudov millidəki karyerasını bitirir - Rəsmi
Ayxan Abbasov milliyə 27 futbolçu çağırdı - Mezzotero da var