“Sabah”ın yarımmüdafiəçisi Rəşad Eyyubov Topaz Premyer Liqanın 23-cü turunda evdə “Səbail”i 3:1 hesabı ilə məğlub etdikləri oyundan sonra jurnalistlərin suallarını cavablandırıb. Qol.az-ın məlumatına görə, futbolçu əvvəlcə qarılaşma ilə bağlı fikirlərini açıqlayıb.
- Çoxdandır həm udmurduq, həm də qol vurmurduq. Bu gün 3 qol vurmağımıza şad olduq. Ən əsası isə hesabda geri düşdükdən sonra toparlana bildik, ruhdan düşmədik və öz oyunumuzu göstərdik. Bu da sonda qələbə ilə nəticələndi.
- Öz oyununu necə dəyərləndirirsən?
- Öz çıxışımdan çox da razı qalmadım. Xeyli səhvlərim oldu. Daha da yaxşı oynaya bilərdim. Amma arada elə olur ki, pis oynasam da komandaya xeyirim dəyir. Bilirsiniz ki, bu gün məhsuldar ötürmə etdim və komandama penalti qazandırdım. Ona görə razıyam, hər dəfə pis oynayım, amma “Sabah” qələbə qazansın.
- Bildiyimizə görə, rəhbərlik bu oyunda qələbəyə görə mükafat vəd edib. Bununla bağlı nə deyə bilərsən?
- Bu, normal haldır. Hər komanda qələbədən sonra mükafat alır. Rəhbərlik sağ olsun, bugünkü qalibiyyətdən sonra bizi mükafatla sevindirdi. Buna görə onlara “sağ ol” deyirik.
- Bu gün meydanda çox motivasiyalı görünürdünüz. Oyundan sonra komandanızda böyük sevinc hiss olunurdu. Bu, məhz “Səbail”lə oyuna görə idi, yoxsa artıq komandanın özünə gəldiyini düşünmək olar?
- Bundan əvvəlki oyunlarda ardıcıl heç-heçələr oldu. Hiss olunurdu ki, artıq öz oyunumuzu tapırıq. Bizə bir qələbə lazım idi ki, daha yuxarı yerlərə qalxaq. Ona görə də bu qalibiyyət bizim üçün çox vacib idi. Məhz bu səbəbdən çox sevinirdik.
- Essyen kimi dünya ulduzunun meydana daxil olması komandanızda panikaya səbəb olmadı?
- Əlbəttə, hamı Esyeni tanıyır, dünya ulduzudur. Amma bizdə də Marko Deviç var. O da ulduzdur. Odur ki, hər hansı panika olmadı. Amma hiss olunur ki, Esyen səviyyəli oyunçudur. Yaxşı məqamdır ki, bizim çempionata belə oyunçular gəlir.
PSJ-dən Dembele qərarı
"Emin Mahmudov "Neftçi"nin məşqçisi ola bilər"
Liderin qalibiyyətindən - Video
Vernidub qələbələrin sirrini açıqladı
"Qarabağ"la oyunu potensial 3 xal fürsəti kimi görürəm"
Toral Bayramov öz qapısına elə bir qol vurdu ki… - Video
"Turan Tovuz" "Qarabağ"ı belə məğlub etdi - Video
"Vəziyyəti düzəltməyə çalışacağıq" - Qurban Qurbanov
Kurban Berdıyev "Qarabağ" üzərində qələbəni şərh etdi
“Qarabağ” azarkeşləri: “Bu azarkeşin haqqını verin!” - Video
Portuqaliya millisinin kapitanı kim olacaq?
İspaniyanın Millətlər Liqası üçün heyəti
"Neftçi" - "Kəpəz": Heyətlər
Yenə dünya çempionu oldular
Tuhel: “Millətlər Liqasında birinci olmalıyıq”
"Qarabağ" - "Turan Tovuz": Heyətlər açıqlandı
İngiltərənin Xorvatiya və İspaniya ilə oyunlar üçün heyəti
"Ayın qolu"nun müəllifi mükafatlandırıldı
"Turan Tovuz"un legioneri milliyə dəvət aldı
Futbol meydanlarından Zəfər meydanlarına
Azərbaycan – Latviya oyununun hakimləri açıqlandı
Oyuna çıxmayan "Mingəçevir"ə texniki məğlubiyyət verildi
Emin Mahmudov millidəki karyerasını bitirir - Rəsmi
Ayxan Abbasov milliyə 27 futbolçu çağırdı - Mezzotero da var