"İnqilab Məmmədov mənə qırmızı vərəqə göstərdi. Buna çox əsəbləşdim. Mən dəliyəm ki, kiməsə nəsə söz deyim və ya orada atlanıb-düşüm? Bəxtiyar Həsənalızadə və Baqali Dabo kəllə-kəlləyə gəlmişdilər. Onları araladım. Dabo Bəxtiyarı söymüşdü. Dabonu ingiliscə təbrik edib, araladıq. İnqilab Məmmədov isə gələn kimi Baqali Daboyla məni yanına çağırdı. Ona sarı, mənə isə qırmızı vərəqə göstərdi".
Qol.az-ın məlumatına görə, bu sözləri "Zirə"nin qapıçısı Orxan Sadıqlı Topaz Premyer Liqanın 23-cü turunda "Neftçi"yə 2:4 hesabı ilə uduzduqlar oyundan sonra yaşanan qalmaqal barədə danışarkən deyib.
Matçı ehtiyatda keçirən 25 yaşlı qolkiper daha sonra bildirib: "Nəyə görə mənə qırmızı vərəqə verdi? Bəzi hakimlər güzgünün qarşısında dayansınlar və özlərinə baxsınlar ki, kimdilər? Ağzına fit almaqla hər şey qurtarmır, həyat davam edir. Haqlı olduğum yerdə haqsız çıxardılar. Bilirəm ki, kiməsə əl vursam, qırmızı vərəqə alacam. Bunu bilirəmsə, niyə edərəm? Mən aranı sakitləşdirirdim. Dabo özü də deyir ki, ona niyə qırmızı verdin, mən Orxanla dalaşmamışam".
Sadıqlı "Klubdan cəza gələcəyini düşünürsünüz" sualına belə cavab verib: "Bundan sonra nə baş versə, qəbul edəcəm. Belə haqsızlıq baş verdisə, nə olur, olsun. Əgər kimisə vurmuşamsa, qərara razıyam. Dayandığım yerdə qırmızı aldım. İnsanlıq göstərib aranı sakitləşdirirdim, mənə qırmızı vərəqə göstərdi".
PSJ-dən Dembele qərarı
"Emin Mahmudov "Neftçi"nin məşqçisi ola bilər"
Liderin qalibiyyətindən - Video
Vernidub qələbələrin sirrini açıqladı
"Qarabağ"la oyunu potensial 3 xal fürsəti kimi görürəm"
Toral Bayramov öz qapısına elə bir qol vurdu ki… - Video
"Turan Tovuz" "Qarabağ"ı belə məğlub etdi - Video
"Vəziyyəti düzəltməyə çalışacağıq" - Qurban Qurbanov
Kurban Berdıyev "Qarabağ" üzərində qələbəni şərh etdi
“Qarabağ” azarkeşləri: “Bu azarkeşin haqqını verin!” - Video
Portuqaliya millisinin kapitanı kim olacaq?
İspaniyanın Millətlər Liqası üçün heyəti
"Neftçi" - "Kəpəz": Heyətlər
Yenə dünya çempionu oldular
Tuhel: “Millətlər Liqasında birinci olmalıyıq”
"Qarabağ" - "Turan Tovuz": Heyətlər açıqlandı
İngiltərənin Xorvatiya və İspaniya ilə oyunlar üçün heyəti
"Ayın qolu"nun müəllifi mükafatlandırıldı
"Turan Tovuz"un legioneri milliyə dəvət aldı
Futbol meydanlarından Zəfər meydanlarına
Azərbaycan – Latviya oyununun hakimləri açıqlandı
Oyuna çıxmayan "Mingəçevir"ə texniki məğlubiyyət verildi
Emin Mahmudov millidəki karyerasını bitirir - Rəsmi
Ayxan Abbasov milliyə 27 futbolçu çağırdı - Mezzotero da var