Neftçi"nin futbolçusu Emin Mahmudov Topaz Premyer Liqasının 23-cü turunda "Zirə"ni 4:2 hesabı ilə məğlub etdikləri oyundan sonra jurnalistlərin suallarını cavablandırıb. Qol.az-ın məlumatına görə, 26 yaşlı yarımmüdafiəçi əvvəlcə qələbəni şərh edib:
- Çətin oyun alındı. Biz də işimizi çətinə saldıq. Hesabda 2:0 öndə olarkən 2-3 qol şansından yararlanmadıq. Daha sonra səhvimizdən qapımızda qol gördük. Yaxşı oyun gedirdi. İlk hissədə oyunumuz yaxşı alınmırdı. İkinci hissədə isə dəyişdik. Oyunun sonlarında bir az yorulduq.
- Bu gün qapınızda 2 qol gördünüz. Buna səbəb nə oldu?
- Səhvlər gözlənilmədən olur. Deməzdim ki, hansısa epizod yaradıb qol vurdular. Diqqətsizlikdən qollar buraxdıq.
- Hesab 3:2 olarkən “Zirə”nin 3-cü qol vuracağından qorxmurdunuz?
- Xeyr, çalışırdıq ki, 4-cü qolu da vuraq. Bunu da bacardıq.
- “Zirə”yə qarşı “Neftçi” nə üçün çətinlik çəkir?
- “Zirə” pis komanda deyil ki, onlara rahat qalib gələk. Yaxşı oynayırlar, digər komandalar qarşı da əla oynayırlar. Qışdan sonra daha da yaxşı oynayırlar. Buna görə çətinlik yaradırlar.
- Oyunun sonlarındakı epizodla bağlı ara qarışdı. Samir Abasovla da dialoqunuz oldu. Nə baş verirdi?
- Onların gənc futbolçusu İlkin Muradov topla Daboya vurmaq istəyirdi. Mən ona belə etməməli olduğunu dedim. Çünki cavan uşaqdır, istəyir ki, topla onu vursun, daha sonra Dabonun üstünə qışqırır. Özünü belə aparmaq lazım deyil.
- Sizi aqressiv görməməşdik. Həmin epizodda çox çılğın idiniz.
- Həmin hərəkətə görə çox əsəbləşdim.
- Sabah “Qarabağ” “Qəbələ” ilə oyunda xal itirməsini gözləyirsiniz? Oyuna baxmaq fikriniz var?
- Onu fikirləşmirik. Vaxt olsa, oyuna baxacam. Pasporta görə Rusiyaya gedib-qayıtmalıyam. “Qəbələ”nin qalib gəlməsini eşitsəm, sevinərəm. Biz öz oyunlarımızda 3 xal qazanmağa köklənmişik. Çempionatda hər oyun bir-birinə oxşamır. “Qəbələ”nin necə oynayacağını bilmirəm.
- Kapitanlıq sarğısını oyunun son dəqiqələrində meydana daxil olan Ruslan Abışovun qoluna taxdınız. Bundan sonra kapitan Abışov olacaq?
- Əlbəttə, Ruslan bizim kapitandır. Abışov olmadığı üçün kapitan mən idim.
PSJ-dən Dembele qərarı
"Emin Mahmudov "Neftçi"nin məşqçisi ola bilər"
Liderin qalibiyyətindən - Video
Vernidub qələbələrin sirrini açıqladı
"Qarabağ"la oyunu potensial 3 xal fürsəti kimi görürəm"
Toral Bayramov öz qapısına elə bir qol vurdu ki… - Video
"Turan Tovuz" "Qarabağ"ı belə məğlub etdi - Video
"Vəziyyəti düzəltməyə çalışacağıq" - Qurban Qurbanov
Kurban Berdıyev "Qarabağ" üzərində qələbəni şərh etdi
“Qarabağ” azarkeşləri: “Bu azarkeşin haqqını verin!” - Video
Portuqaliya millisinin kapitanı kim olacaq?
İspaniyanın Millətlər Liqası üçün heyəti
"Neftçi" - "Kəpəz": Heyətlər
Yenə dünya çempionu oldular
Tuhel: “Millətlər Liqasında birinci olmalıyıq”
"Qarabağ" - "Turan Tovuz": Heyətlər açıqlandı
İngiltərənin Xorvatiya və İspaniya ilə oyunlar üçün heyəti
"Ayın qolu"nun müəllifi mükafatlandırıldı
"Turan Tovuz"un legioneri milliyə dəvət aldı
Futbol meydanlarından Zəfər meydanlarına
Azərbaycan – Latviya oyununun hakimləri açıqlandı
Oyuna çıxmayan "Mingəçevir"ə texniki məğlubiyyət verildi
Emin Mahmudov millidəki karyerasını bitirir - Rəsmi
Ayxan Abbasov milliyə 27 futbolçu çağırdı - Mezzotero da var