"Sabah"ın 3 futbolçusu "Səbail"ə qarşı oynamayacaq

"Sabah"ın 3 futbolçusu "Səbail"ə qarşı oynamayacaq
ÖLKƏ FUTBOLU 6 Aprel 2019 / 13:31 1292
-  A +

Topaz Premyer Liqanın 23-cü turunda sabah "Səbail"i qəbul edəcək "Sabah" oyuna itkirlərlə çıxacaq.

Klubdan Qol.az-a verilən məlumata görə, debütantın heyətində Coşqun Diniyev, Kərim Diniyev və Elşən Abdullayev oynaya bilməyəcəklər. Qardaşlar cəzalı, Abdullayev isə zədəli olduğu üçün matçı buraxacaq.

Qeyd edək ki, "Sabah" - "Səbail" oyunu saat 16:30-da başlayacaq.

Daha çox


Son xəbərlər
topaz banner