Statiskaya görə, hazırda dünyada 3 milyardan çox insan müxtəlif sosial şəbəkələrdən istifadə edir. Bunların içində lider mövqelərdə isə Feysbuk, İnstaqram və Tvitter dayanır. Eləcə də, yüzlərlə tanınmış xarici futbolçu və məşqçi bu axına qoşulub, sosial mediada aktivdirlər. Hətta bugünlərdə “Qəbələ” klubunun sabiq baş məşqçisi, hazırda Moskva “Lokomotiv”ini çalışdıran 71 yaşlı Yuri Syomin də “İnstaqram”dan istifadə etdiyini söyləyib.
Amma bizim məşqçilərdən çoxusu sosial şəbəkələrdən istifadə etmədiklərini deyir. Məsələn, Qurban Qurbanov müsahibələrində dəfələrlə bildirib ki, onun nə Feysbuk, nə də İnstaqramda hesabı var.
AFFA Məşqçilər Komitəsinin üzvü, əməkdar məşqşi Ağasəlim Mircavadov da Qol.az saytına deyir ki, sosial şəbəkələrdən istifadə etmir:
- Sadəcə, marağımı cəlb etmir. Evdə kompüter var, lazım olanda açıb, məlumat alıram. Ancaq yerli və Rusiya saytlarını oxuyuram.
Ağasəlim Mircavadov milli üzvlərinin, gənclərin telefona, sosial şəbəkələrə aludəçiliyinə qarşıdır:
- Yığmanın cavan uşaqları telefonla çox oynayırlar. Məncə, bu, yaxşı hal deyil. Belə olan halda, futbol qalır kənarda. Yenə də deyirəm, bizim gənc futbolçular sosial şəbəkələrdən çox istifadə edirlər. Əsas işləri kənarda qalır, İnstaqramda, Feysbukda “yatırlar”. Az istifadə etsələr, daha yaxşı olar. Bu, həm vaxt aparır, həm istirahətə, həm də əsəbə təsir edir.
Ağasəlim Mircavadovun bu fikri ilə milli komandamızın və “Qarabağ” klubunun futbolçusu, sosial şəbəkənin fəal istifadəçilərindən olan Qara Qarayev müəyyən dərəcədə razılaşır. O deyir:
- Mən özüm 3-4 ildən çoxdur ki, sosial şəbəkədən istifadə edirəm. Hətta bir neçə dəfə səhifəmi bağlayıb, yenidən açmışam. Məncə, sosial media futbolçuların fikrinə təsir edir. Hərdən futbolçuları idmandan, futboldan kənar sala bilər. Amma bu da futbolçuların özündən asılıdır. İdmançı sosial şəbəkədən asılı vəziyyətdə qalmasa, düşünürəm ki, heç bir təsiri olmaz.
AFFA Məşqçilər Komitəsinin digər üzvü Şahin Diniyevə görə isə futbolçular və məşqçilərin də sosial şəbəkələrdən istifadə etmək hüquqları var:
- Onlar da bu cəmiyyətin insanlarıdı. Ancaq şəxsən mənim nə Feysbuk, nə də İnstaqramda səhifəm var. Heç yaratmaq həvəsində də deyiləm. Gərək nəyəsə istək ola ki, ondan istifadə edəsən. Bizim məşqçilərin çoxunun hesabı var, kimdənsə geri qalmırlar ki. Sadəcə, məndə yoxdur.
Yəqin ki, biz köhnə kişilərdənik (gülür). Futbolçuların istifadəsi barədə onu deyə bilərəm ki, hər şeyin çoxu pisdir. Nəyinsə fanatı olmaq düz deyil. Hansısa işlə bağlı və yaxud vacib bir məsələni müzakirə edirsənsə, olar. Ancaq bütün günü orda oturmaq, hər mövzuya qiymət vermək, vaxtının çoxunu orda keçirmək doğru deyil. Futbolçunun işi daha çox məşq etmək olmalıdır. Ümumiyyətlə, hər peşədə belə olmalıdır. Bizim aşağı yaş qrupları üzrə milli komandada bütün kompüter və telefonlar yığılırdı ki, uşaqlar gecənin yarısına qədər istifadə eləməsinlər, məşqə daha çox fikir versinlər. Yəni belə şeylər olub. Hər klubun öz qaydaları var.
Millinin üzvü Qara Qarayevə görə, sosial şəbəkələrin müsbət və mənfi tərəfləri çoxdur:
- Təkcə futbolçularla bağlı deyil, ümumən son zamanlar sosial şəbəkələrin mənfi tərəfləri daha da artıb. Biz idmançılar, üzdə olan insanlar isə çalışmalıyıq ki, cəmiyyətə, insalarıma daha çox müsbət, faydalı mesajlar ötürək.
Məftun RƏSULZADƏ
"Real"dan gedir
Rəşad Sadıqov 2-ci yeri vacib uğur sayır
"Zirə"dən "qırmızı" və qələbə - Video
Berdıyev artıq ümidini “Qarabağ”a bağlayıb
“Traktor” İran çempionu oldu!
“Zirə” ardıcıl 2-ci dəfə 2-ci yeri təmin etdi
"Karvan"dan möhtəşəm qol və qələbə - Video
"Qəbələ" uduzdu, "İmişli" və "Zaqatala"dan qələbə
"Qarabağ"ın baş sponsoru “Azərsun Holdinq”də yeni rəhbər
“Nürnberq” Mahir Emrelinin durumunu rəsmən açıqladı
"Sabah"ın futbolçusu 100-cü oyununu keçirdi - Şəkillər
Zirədə heyətlər müəyyənləşdi
Millimizin oyunlarının vaxtı bəlli oldu
Flik onun yaşıl meydanlara qayıdışını təsdiqlədi
PSJ-dən Dembele ilə bağlı açıqlama
Azərbaycan cüdoçusu qızıl medal qazandı
Kloze Mahirlə bağlı suala belə cavab verdi
Milli Komandaların Təlim-Məşq Mərkəzində yenilik - Şəkillər
Premyer Liqada ayın ən yaxşısı adına 5 namizəd
"Mançester Yunayted" 18 yaşlı hücumçu alır
"Bavariya" ayrılığı açıqladı
Federasiyanın yeni rəhbərliyində kimlər var? - Şəkillər
Jorje Jesus istefaya göndərildi
Bölgə klubunun futbolçusu cəzalandırıldı
Fatih Terimə 16 dəqiqəyə şok yaşatdılar
Polina Rəhimova Braziliya çempionu oldu
Çempionlar Liqasının tarixində görünməmiş hadisə
“Zirə” – “Turan Tovuz” oyunu üçün hakim dəyişikliyi
Yamalın atası "Real" azarkeşlərinə müraciət etdi
"Sumqayıt"dan pakistanlı futbolçu ilə bağlı qərar - Rəsmi
"Rəqib də "Old Trafford"da eyni şeyi edə bilər" - Amorim
Məğlubiyyətə görə hakimi də günahlandırdı
Lopeteqi ilə müqavilə imzalandı
"Mançester Yunayted"in böyükhesablı qələbəsi - Video
"Çelsi" və "Betis"dən qələbə
Avroliqada ingilislərin gecəsi
Zamiq Əliyevin komandası kuboku əldən verdi
Rodri yaşıl meydanlara qayıdır?
"Mingəçevir"dən böyükhesablı qələbə - Video
"Yuventus"da yeni müqavilə
"Cəbrayıl"dan 2 qol, 1 "qırmızı" - Video
Minifutbol millimiz finalda uduzdu - Yenilənib
ÇL-də həftənin rəmzi komandası açıqlandı