Demək olar ki, əksər futbol azarkeşi bu iki adı - Maykl Esyen və “Səbail”i bir yerdə görəndə təəəcübünü gizlədə bilmədi. Nəinki təəccüblənən, nə baş verdiyini anlamayan, transferə inanmayan, deyib gülənlər də çox oldu. Amma bir zamanların futbol ulduzunun “Səbail”ə keçidi gerçəkləşdi. Çempionlar Liqası və İngiltərə Premyer Liqasının qalibi, “Real”, “Çelsi” kimi klublarda at oynatmış Qana millisinin sabiq üzvü Bakı təmsilçisi ilə rəsmi müqavilə imzaladı.
Qayıdaq bir qədər əvvələ.
Avropa Liqasının final oyununun Bakıda keçirilməsi ilə əlaqədar “Ulduzlar finalı” yoldaşlıq qarşılaşması üçün ilk dəfə ölkəmizə ayaq basan superulduz burada qaldığı iki gün müddətdə “Səbail” klubunun bazasına getmiş, komandanın adının yazıldığı “5” nömrəli forması ilə xatirə şəkli də çəkdirmişdi. Daha sonra tədbir üçün gələn digər ulduz qonaqlar kimi (Deku, Dudek və s.) ölkəmizdən ayrılmışdı. Sosial şəbəkələrdə isə Esyenin “Səbail” forması geyinməsi məzə obyektinə çevrildi, kimsə bu transferi təsəvvür belə edə etmədi.
Statuslar yazıldı, zarafatların ardı-arası kəsilmədi. Bura qədər hər şey normal gedir. Təxminən, bir həftə sonra klubun Esyenlə transfer görüşmələrini rəsmən başladığını açıqlamasıyla Azərbaycan futbol camiəsinə sanki “bomba” düşdü. Son olaraq, ötən il İndoneziyanın "Persib" komandasında oynayan 36 yaşlı yarımmüdafiəçinin karyerasını bitirdiyi xəbərləri yayılmışdı. Amma bu xəbərlər öz təsdiqini tapmadı və təcrübəli futbolçunun Azərbaycan Premyer Liqasında ən azı 1.5 il çıxış edəcəyi dəqiqləşdi.
Titullarla dolu karyera, futbol adına demək olar ki, hər şey. Belə bir futbolçu cəmi 3 il əvvəl yaranan Azərbaycan klubuna transfer oldu. Esyenin komandasıyla ilk rəsmi oyununa çıxmadan artıq “qol” vurduğunu demək olar - Azərbaycan çempionatının - “Səbail”in dünya idman mediasında işıqlandırılması. Bu, hər nə qədər də keçici olsa da, yerli futbol bazarında forma, bilet satışına qətiyyən təsir etməsə də, “BBC”, “Mundo Deportivo”, “L’Equipe”, “Millyet” və s. bir çox nüfuzlu xarici ölkə mətbuatında xəbərlər tirajlandı. “Səbail” belə piar üçün ən azı, AL, ÇL-nin qrup mərhələsinə düşməli, ya da fantastik nəsə etməliydi.
İkinci məsələ, bildiyimiz kimi, bir çox yerli məşqçilərimiz ölkəyə yaxşı legioner futbolçuların gəlmək istəmədiyini, ya daha çox pul, ya da qarşıya daha çətin şərtlər qoyduqlarını demişdi. Bu, reallıqdır. Amma Esyen kimi futbolçuların transferi özü ilə birlikdə bir çox legionerin bura gəlməsinə yaşıl işıq yandırır. Yəni, bəli, Azərbaycanda oynamaq olar. Baxmayaraq ki, 8 komandalı çempionatdı, tribunalarda azarkeş sayı əksər halda 1000-i ötmür, bəzən boş olur, rəqabət azdır və s. Amma Esyen gəlibsə, niyə də onun həmyerlisi, yaxud başqa tanınmış oyunçu gəlməsin?! Əsas müsbət tərəsi isə Esyenin həm də “Səbail”in U-19 komandasının məşqçilər korpusunda da işləyəcək olmasıdır. Bu da o deməkdir ki, öz təcrübəsini, qalaq-qalaq bildiklərini qismən yerli futbolçularımızla bölüşəcək. Onların da belə böyük bir futbolçudan ilhamlanacaqlarına şüphə yoxdur. Hər bir halda o, çempionatımıza rəng qatacaq.
Ötən turlarda komandasının “Qarabağ”la oyununu izləyən Maykl daha sonra həmkarlarımızın suallarını cavablandırarkən, transferin rəsmiləşməsində klubun gələcək planlarının rol oynadığını bildirmişdi. Bizə isə səbirsizliklə həm o planları, həm də Esyenin meydanda nələr edəcəyini gözləmək qalır.
Məftun RƏSULZADƏ
PSJ-dən Dembele qərarı
"Emin Mahmudov "Neftçi"nin məşqçisi ola bilər"
Liderin qalibiyyətindən - Video
Vernidub qələbələrin sirrini açıqladı
"Qarabağ"la oyunu potensial 3 xal fürsəti kimi görürəm"
Toral Bayramov öz qapısına elə bir qol vurdu ki… - Video
"Turan Tovuz" "Qarabağ"ı belə məğlub etdi - Video
"Vəziyyəti düzəltməyə çalışacağıq" - Qurban Qurbanov
Kurban Berdıyev "Qarabağ" üzərində qələbəni şərh etdi
“Qarabağ” azarkeşləri: “Bu azarkeşin haqqını verin!” - Video
Portuqaliya millisinin kapitanı kim olacaq?
İspaniyanın Millətlər Liqası üçün heyəti
"Neftçi" - "Kəpəz": Heyətlər
Yenə dünya çempionu oldular
Tuhel: “Millətlər Liqasında birinci olmalıyıq”
"Qarabağ" - "Turan Tovuz": Heyətlər açıqlandı
İngiltərənin Xorvatiya və İspaniya ilə oyunlar üçün heyəti
"Ayın qolu"nun müəllifi mükafatlandırıldı
"Turan Tovuz"un legioneri milliyə dəvət aldı
Futbol meydanlarından Zəfər meydanlarına
Azərbaycan – Latviya oyununun hakimləri açıqlandı
Oyuna çıxmayan "Mingəçevir"ə texniki məğlubiyyət verildi
Emin Mahmudov millidəki karyerasını bitirir - Rəsmi
Ayxan Abbasov milliyə 27 futbolçu çağırdı - Mezzotero da var