"Sabah" Madridə yarışa gedir

"Sabah" Madridə yarışa gedir
XƏBƏR 4 Aprel 2019 / 17:52 2361
-  A +

"Sabah" bu il 7-ci dəfə təşkil olunacaq “Dostluq üçün futbol” (Football for Friendship) sosial layihəsinin iştirakçısı olacaq.

Qol.az-ın klubun rəsmi "Feysbuk" səhifəsinə istinadən yaydığı xəbərə görə, mayın 28-dən iyunun 2-dək İspaniyanın paytaxtı Madriddə keçiriləcək idman turnirində Bakı təmsilçisinin üzvləri də iştirak edəcək.
2013-cü ildən təşkil olunan yarışda bir çox ölkədən gəlmiş 12 yaşadək uşaqlar müxtəlif komandalara bölünürlər. Komandalar qrup və pley-off oyunlarından sonra qalibi müəyyənləşdirirlər.

Yarışın builki iştirakçıları Çempionlar Liqasının 2018/19 mövsümünün “Vanda Metropolitano” stadionunda keçiriləcək final görüşünə canlı baxmaq imkanı qazanacaqlar.

"Sabah"ın “Dostluq üçün futbol” sosial layihəsində kimlərlə təmsil olunacağı barədə qarşıdakı günlərdə məlumat veriləcək.

Daha çox


Dünya Çempionatı 2026
Son xəbərlər
topaz banner