Konor Həbibin ailəsini təhqir etdi - Şəkil

Konor Həbibin ailəsini təhqir etdi -  Şəkil
XƏBƏR 3 Aprel 2019 / 14:55 7026
-  A +

İrlandiyalı UFC döyüşçüsü Konor Makqreqor rusiyalı həmkarı Həbib Nurmaqomedovu təhqir edib.

Qol.az Rusiya mətbuatına istinadən xəbər verir ki, o, Həbiblə həyat yoldaşının şəkilini sosial şəbəkədə paylaşaraq, “Dostum, sənin həyat yoldaşın əl dəsmalıdır” yazıb.

Həbib ötən gün verdiyi açıqlamada karyerasını bitirdiyini elan edən Makqreqoru bir şey olan kimi getməklə hədələyən qısqanc arvada bənzətmişdi. Makqreqor məhz buna cavab olaraq Nurmaqomedovu təhqir edib.

İralandiyalı idmançının paylaşıma reaksiya verən Nurmaqomedovun agenti Əli Əbdüləziz onun paylaşımına rəy yazıb. Bildirib ki, Makqreqor təkcə Həbibin ailəsini təhqir etməyib, həm də 1,5 milyard müsəlmana söz atıb. Daha sonra Konor paylaşımı silib.  

Xatırladaq ki, H.Nurməhəmmədov ötən ilin oktyabr ayında Las-Veqasda keçirilən dünya kəməri uğrunda döyüşdə Konor Makqreqora qalib gəlib.


Son xəbərlər
22.04.26  18:32

PSJ-yə keçə bilər

topaz banner