“CBC Sport” daimi eksperti Aslan Kərimovla yolları ayırıb.
Telekanalın baş direktoru Volkan Üst Qol.az-a açıqlamasında xəbəri təsdiqləyib.
O, Kərimovun müqaviləsinin başa çatdığını bildirib. V.Üst veteran futbolçu ilə sözləşmənin artırılmamasının səbəbini isə belə izah edib: "Aslan Kərimovla iki il əməkdaşlıq etdik. Bundan məmnunuq. Sadəcə, efir rəngarəngliyininin artırılması üçün onunla müqavilə uzadılmadı. Çempionatın sonuna yaxınlaşırıq. Gərgin oyunlar gedir. Buna görə də hər dəfə eyni adamın deyil, müxtəlif ekspertlərin şərhinə yer vermək istəyirik. Bir müddət telekanalımızda daimi ekspert olmayacaq. Növbəti layihələrimizdə isə Aslan Kərimovu telekanalımızda görmək istərdik".
Bu barədə ilk olaraq xəbər yazan Futbolinfo.az saytı isə fərqli iddia irəli sürüb. Məlumatda bildirilir ki, son günlər Aslanın efirdə görünməməsi təsadüfi deyil: “Onun milli komandanın son oyunları barədə şərhləri AFFA-da bəzi adamların xoşuna gəlməyib. Reallığı danışan, biabırçı heç-heçəni malalamayan Kərimov buna görə “cavab verməli olub”. Assosiasiyanın sahiblərindən olduğu “CBC Sport” onunla əməkdaşlığı dayandırıb.
Bu işinə görə 2000 manat maaş alan Kərimov hazırda AFFA-dakı məşqçi kurslarına rəhbərlik edir. Onun bu vəzifədəb də da uzaqlaşdırılacağı deyilir" – məlumatda bildirilib.
PSJ-dən Dembele qərarı
"Emin Mahmudov "Neftçi"nin məşqçisi ola bilər"
Liderin qalibiyyətindən - Video
Vernidub qələbələrin sirrini açıqladı
"Qarabağ"la oyunu potensial 3 xal fürsəti kimi görürəm"
Toral Bayramov öz qapısına elə bir qol vurdu ki… - Video
"Turan Tovuz" "Qarabağ"ı belə məğlub etdi - Video
"Vəziyyəti düzəltməyə çalışacağıq" - Qurban Qurbanov
Kurban Berdıyev "Qarabağ" üzərində qələbəni şərh etdi
“Qarabağ” azarkeşləri: “Bu azarkeşin haqqını verin!” - Video
Portuqaliya millisinin kapitanı kim olacaq?
İspaniyanın Millətlər Liqası üçün heyəti
"Neftçi" - "Kəpəz": Heyətlər
Yenə dünya çempionu oldular
Tuhel: “Millətlər Liqasında birinci olmalıyıq”
"Qarabağ" - "Turan Tovuz": Heyətlər açıqlandı
İngiltərənin Xorvatiya və İspaniya ilə oyunlar üçün heyəti
"Ayın qolu"nun müəllifi mükafatlandırıldı
"Turan Tovuz"un legioneri milliyə dəvət aldı
Futbol meydanlarından Zəfər meydanlarına
Azərbaycan – Latviya oyununun hakimləri açıqlandı
Oyuna çıxmayan "Mingəçevir"ə texniki məğlubiyyət verildi
Emin Mahmudov millidəki karyerasını bitirir - Rəsmi
Ayxan Abbasov milliyə 27 futbolçu çağırdı - Mezzotero da var