Aprelin 19-u və 20-də Əl Oyunları Sarayında Gənclər və İdman Nazirliyi və Azərbaycan Vinq-Çun Federasiyasının birgə təşkil etdiyi ''Vinq-Çun üzrə 1-ci Azərbaycan Çempionatı'' keçiriləcək.
Qol.az xəbər verir ki, yarış Beynəlxalq Vinq-Çun qaydalarına uyğun olaraq 2 kateqoriya - Vinq-çun Tao-Lu və Vinq Çun Kontakt üzrə təşkil ediləcək. Yarışın təntənəli açılış mərasimi aprelin 20-si saat 15:00-da olacaq.
Çində çox məşhur olan bu döyüş sənəti, 1960-cı illərin sonunda Bryus Linin sayəsində Qərbdə və eləcə də bütün dünyada tanınmağa başlayıb.
Vinq-Çunda effektiv, univrsal əl texnikalarından, çevik mövqelərdən və ayaq zərbələrindən istifadə edilir. Bu döyüş sistemində taxta adam üzərində aparılan məşqlər və sistemin nüvəsi sayılan Çi Sao (yapışqan əllər) texnikası idmançıya mükəmməl ustalıq bəxş edir. Təlim məşqləri bu texnika ilə başlayır və həssaslıq, hiss etmə qabiliyyətini özündə formalaşdırır.
Ölkəmizə ilk dəfə 2008-ci ildə gətirilən bu döyüş sənəti gənclər və eləcə də müxtəlif yaş qruplarına aid insanlar tərəfindən çox sevilir.
PSJ-də şok itki
Kaxaber Sxadadze bu klubun baş məşqçisi oldu
Baş məşqçi məşqlərin dronla çəkilməsinə qarşı çıxdı
Federasiya prezidentini yalan danışmaqda ittiham etdi
Arteta futbolçularına xəbərdarlıq etdi
Murad Məmmədovun komandasından qələbə
“Qəbələ” “Şəfa”nı belə məğlub etdi - Video
“Mançester Yunayted”dən ayrıla bilər
"Bu işdə tək olmalı deyiləm" - Zaur Həşimov
Meydanda zədələndi, xəstəxanaya aparıldı
“Bu gün qələbəyə layiq olan tərəf biz idik” - Yeton Bekiri
Nadal “Real”da yeni vəzifəyə seçildi
“Qəbələ” “Şəfa”ya, "Turan Tovuz" "Şamaxı"ya qalib gəldi
“Turan Tovuz”un qələbəsindən - Video
"Ayın qolu"nun müəllifi mükafatlandırıldı