"Biz "Səbail"dən daha yaxşı oynadıq və qələbə qazanmağa layiq idik. Ancaq son saniyələrdə şans onların yanında oldu. Cərimə zərbəsindən qol vurub, qalib gəldilər".
Bu sözləri Qol.az-a açıqlamasında "Zirə"nin müdafiəçisi Adrian Skarlatake deyib. Rumıniyalı futbolçu Topaz Premyer Liqanın 22-ci turunda evdə "Səbail"ə 1:2 hesabı ilə uduzduqları oyun haqda fikirlərini bölüşüb:
"Düzdür, "Səbail" 3-cü pillədədir, yaxşı oyunçuları, baş məşqçisi var. Onlara qarşı mübarizə aparmaq bizim üçün asan olmadı. Amma düşünürəm ki, biz daha inamlı təsir bağışladıq. Futbolda hərdən belə də olur ki, yaxşı oynadığın oyunda uduzursan".
32 yaşlı müdafiəçi məğlubiyyətə görə məyus olduqlarını söyləyib: "Bu oyuna qədər yaxşı seriya yaxalamışdıq. Ardıcıl 7 matçda uduzmamış və qapımızdan yalnız bir qol buraxmışdıq. Buna qədər etibarlı müdafiə olunurduq. Ona görə də məğlubiyyət hamımızı məyus etdi. Deyərdim ki, bəxtimiz gətirmədi. Oyun 1:1 hesabı ilə başa çatsaydı, daha ədalətli nəticə olardı".
Skarlatake növbəti turda "Neftçi" ilə keçirəcəkləri səfər matçına da toxunub: "Bizim üçün çətin olacaq, amma meydana 3 xal üçün çıxacağıq. 1 xal bizi elə də çox qane etməyəcək. İndi komandamız daha yaxşı oynayır. "Neftçi"ni məğlub edəcəyimizə əminəm. Rəqibə hörmətlə yanaşırıq. Yaxşı komandadır, yaxşı baş məşqçiləri var. Amma biz bu oyunu udmaq istəyirik".
Qeyd edək ki, aprelin 6-da keçiriləcək "Neftçi" - "Zirə" oyunu saat 18:00-da başlayacaq.
PSJ-dən Dembele qərarı
"Emin Mahmudov "Neftçi"nin məşqçisi ola bilər"
Liderin qalibiyyətindən - Video
Vernidub qələbələrin sirrini açıqladı
"Qarabağ"la oyunu potensial 3 xal fürsəti kimi görürəm"
Toral Bayramov öz qapısına elə bir qol vurdu ki… - Video
"Turan Tovuz" "Qarabağ"ı belə məğlub etdi - Video
"Vəziyyəti düzəltməyə çalışacağıq" - Qurban Qurbanov
Kurban Berdıyev "Qarabağ" üzərində qələbəni şərh etdi
“Qarabağ” azarkeşləri: “Bu azarkeşin haqqını verin!” - Video
Portuqaliya millisinin kapitanı kim olacaq?
İspaniyanın Millətlər Liqası üçün heyəti
"Neftçi" - "Kəpəz": Heyətlər
Yenə dünya çempionu oldular
Tuhel: “Millətlər Liqasında birinci olmalıyıq”
"Qarabağ" - "Turan Tovuz": Heyətlər açıqlandı
İngiltərənin Xorvatiya və İspaniya ilə oyunlar üçün heyəti
"Ayın qolu"nun müəllifi mükafatlandırıldı
"Turan Tovuz"un legioneri milliyə dəvət aldı
Futbol meydanlarından Zəfər meydanlarına
Azərbaycan – Latviya oyununun hakimləri açıqlandı
Oyuna çıxmayan "Mingəçevir"ə texniki məğlubiyyət verildi
Emin Mahmudov millidəki karyerasını bitirir - Rəsmi
Ayxan Abbasov milliyə 27 futbolçu çağırdı - Mezzotero da var