PFL iki oyunun hakimini dəyişdi

PFL iki oyunun hakimini dəyişdi
XƏBƏR 2 Aprel 2019 / 18:11 1424
-  A +

Topaz Premyer Liqasının 23-cü turunun “Sumqayıt” – “Keşlə”, 1-ci divizionun 21-ci turunun “Keşlə-2” – “Turan Tovuz” oyunlarının hakim təyinatlarında dəyişiklik edilib.

Qol.az-ın PFL-in saytına istinadən yaydığı xəbərə görə, hakim və hakim-inspektorlar üzrə komitənin Peşəkar Futbol Liqasına təqdimatına əsasən “Sumqayıt” – “Keşlə” qarşılaşmasında Namiq Hüseynovu Vüqar Bayramov, “Keşlə-2” – “Turan Tovuz” görüşündə isə Vüqar Bayramovu Teymur Teymurov əvəz edib.

Qeyd edək ki,  “Keşlə-2” – “Turan Tovuz”  matçı aprelin 5-i,   “Sumqayıt” – “Keşlə”  oyunu isə aprelin 6-ı keçiriləcək.

Daha çox


Dünya Çempionatı 2026
Son xəbərlər
topaz banner