Topaz Premyer Liqasının 22-ci turunun “Qəbələ” – “Sabah” oyunu iki yubileylə əlamətdar olub.
Qol.az PFL-in saytına istinadən xəbər verir ki, 0:0 hesabı ilə başa çatan qarşılaşmada qonaqların futbolçuları çempionatda yubiley görüşünə çıxıblar.
İlk dəqiqələrdən meydanda olan Rəşad Eyubov Premyer Liqada 150-ci oyununu keçirib. Bu matçlarda 22 qol vuran yarımmüdafiəçi “Sabah”ın formasındakı 7 görüşdə 2 dəfə fərqlənib. Premyer Liqada 2011/12 mövsümündə debüt edən Rəşad “Simurq”da 77 (13 qol), “Qəbələ”də 25 (3 qol), “Sumqayıt”da 23 (3 qol), “Kəpəz”də 13 (1 qol), “Neftçi”də 5 dəfə meydana çıxıb.
Oyuna sonradan daxil olan Məqsəd isə 100-cü qarşılaşmasını keçirib. Bu müddətdə 2 qol vuran müdafiəçi indiki klubunda 19 matçda 1 dəfə fərqlənib. Debütü 2013/14 mövsümünə təsadüf edən futbolçu “Neftçi”də 75, “Keşlə”də 6 (1 qol) görüşün iştirakçısı olub.
PSJ-də şok itki
Kaxaber Sxadadze bu klubun baş məşqçisi oldu
Baş məşqçi məşqlərin dronla çəkilməsinə qarşı çıxdı
Federasiya prezidentini yalan danışmaqda ittiham etdi
Arteta futbolçularına xəbərdarlıq etdi
Murad Məmmədovun komandasından qələbə
“Qəbələ” “Şəfa”nı belə məğlub etdi - Video
“Mançester Yunayted”dən ayrıla bilər
"Bu işdə tək olmalı deyiləm" - Zaur Həşimov
Meydanda zədələndi, xəstəxanaya aparıldı
“Bu gün qələbəyə layiq olan tərəf biz idik” - Yeton Bekiri
Nadal “Real”da yeni vəzifəyə seçildi
“Qəbələ” “Şəfa”ya, "Turan Tovuz" "Şamaxı"ya qalib gəldi
“Turan Tovuz”un qələbəsindən - Video
"Ayın qolu"nun müəllifi mükafatlandırıldı