"Qarabağ"ın futbolçusu Abdullah Zubir Topaz Premyer Liqanın 22-ci turunda "Sumqayıt"a 6:0 hesabı ilə qalib gəldikləri oyundan sonra jurnalistlərin suallarını cavablandırıb.
Qol.az xəbər verir ki, matçda dubl edən fransalı yarımmüdafiəçi əvvəlcə qələbəni şərh edib.
- Böyük hesabla qalib gəlsək də, asan olmadı. Xüsusilə ilk yarıda komanda yaxşı mübarizə apardı, yaxşı müdafiə olundu. Hətta ikinci hissədə də belə oldu. Milli komnadaların oyunlarına görə yaranan fasilədən sonra toparlanmaq, qələbə qazanmaq asan olmur. Buna görə də qələbə qazanmağı çox istəyirdik. Ona görə çox sevincliyik.
- 6:0-lıq hesabla yanaşı daha çox vurduğun qol diqqəti çəkdi.
- Bu, instinq və hislərin sayəsində oldu. Filip Ozobiç mənə yaxşı ötürmə verdi və belə alındı.
- Vurduğun qolu hətta "Sumqayıt" azarkeşləri də alqışladı. Bu sənin üçün sürpriz oldu?
- Təbii ki, gözlənilməz oldu. Onlar qolu mənimlə birlikdə bayram etdilər. Həmin anda sadəcə olaraq ləzzət aldım.
- Hazırda "Neftçi" ilə xallarınız eynidir. "Qarabağ"ın çempionluq şansını necə dəyərləndirirsən?
- Biz diqqət yetmirik ki, çox tur qalıb ya yox. Başqa komandaların oyununa da çox diqqət yetirmirik. Əsasən öz oyunlarımıza köklənmişik. Hesablamaları mövsümün sonunda aparacağıq.
- Növbəti turda "Qəbələ"nin qonağısınız. Rəqibi səfərdə uda biləcəksiniz?
- Bizi çətin oyun gözləyir. "Qəbələ" də yaxşı komandadır. Amma istənilən halda həmin oyuna üç xal üçün çıxacağıq.
- Mövsümün sonu yaxınlaşır. "Qarabağ"da qalacaqsan, yoxsa getməyi düşünürsən?
- Mən hazırda "Qarabağ"ın oyunlarına köklənmişəm. Ancaq oyunlar haqda düşünürəm. Bu haqda indidən heç nə demək olmaz.
PSJ-dən Dembele qərarı
"Emin Mahmudov "Neftçi"nin məşqçisi ola bilər"
Liderin qalibiyyətindən - Video
Vernidub qələbələrin sirrini açıqladı
"Qarabağ"la oyunu potensial 3 xal fürsəti kimi görürəm"
Toral Bayramov öz qapısına elə bir qol vurdu ki… - Video
"Turan Tovuz" "Qarabağ"ı belə məğlub etdi - Video
"Vəziyyəti düzəltməyə çalışacağıq" - Qurban Qurbanov
Kurban Berdıyev "Qarabağ" üzərində qələbəni şərh etdi
“Qarabağ” azarkeşləri: “Bu azarkeşin haqqını verin!” - Video
Portuqaliya millisinin kapitanı kim olacaq?
İspaniyanın Millətlər Liqası üçün heyəti
"Neftçi" - "Kəpəz": Heyətlər
Yenə dünya çempionu oldular
Tuhel: “Millətlər Liqasında birinci olmalıyıq”
"Qarabağ" - "Turan Tovuz": Heyətlər açıqlandı
İngiltərənin Xorvatiya və İspaniya ilə oyunlar üçün heyəti
"Ayın qolu"nun müəllifi mükafatlandırıldı
"Turan Tovuz"un legioneri milliyə dəvət aldı
Futbol meydanlarından Zəfər meydanlarına
Azərbaycan – Latviya oyununun hakimləri açıqlandı
Oyuna çıxmayan "Mingəçevir"ə texniki məğlubiyyət verildi
Emin Mahmudov millidəki karyerasını bitirir - Rəsmi
Ayxan Abbasov milliyə 27 futbolçu çağırdı - Mezzotero da var