"Qarabağ"ın kapitanı Rəşad Sadıqov Topaz Premyer Liqanın 22-ci turunda səfərdə "Sumqayıt"a 6:0 hesabı ilə qalib gəldikləri oyundan sonra jurnalistlərin suallarını cavablandırıb.
- 6:0-lıq qələbə sizin üçün də gözlənilməz olmadı?
- Əlbəttə, gözlənilməz oldu. Biz oyundan öncə 1:0 hesabına da razı idik. Əsas buradan 3 xalla ayrılmaq idi. Oyunumuz uğurlu alındı və böyük hesabla qalib gəldik.
- Demək olarmı ki, bu qalibiyyət çempionluğu nə qədər çox istədiyinizi bir daha göstərdi?
- Açığı, bu cür qələbənin nəyin göstəricisi olduğunu deyə bilmərəm. "Sumqayıt"ı çox ciddiyə alırdıq. Birinci hissədə hesab 3:0 olmasına baxmayaraq, oyun çətin keçdi. Rəqibin də qol epizodları var idi. Çox pressinq edir, hücuma çıxmağa imkan vermirdilər. İkinci yarıya isə daha rahat çıxdıq. Ardıcılqollardan sonra isə "Sumqayıt" ruhdan düşdü və nəticə istədiyimiz kimi alındı.
- Sona 6 tur qalıb. Yəqin ki, bu qələbə komandaya daha böyük motivasiya verəcək...
- 6:0 və ya 1:0, bizim üçün fərqi yoxdur. Gələn tur "Qəbələ" ilə oyunumuz var. Bugünkü nəticə həmin matçda bizə heç bir üstünlük vermir. Hər şey yenə sıfırdan başlayacaq. Önəmli olan 3 xal qazanmaqdır.
- Abdulla Zubirin vurduğu baxımlı qol barədə nə deyə bilərsən?
- Əsas odur, qol olsun. Necə vurulmasının fərqi yoxdur.
- "Neftçi" ilə xallar yenə bərabərləşdi...
- Şansları eyni görürəm. "Neftçi"nin üstünlüyü odur ki, son oyunu bizimlə evdə keçirəcək.
- İki cəbhədə - həm çempionat, həm də kubokda mübarizə aparmaq nə dərəcədə çətindir?
- Aprelin sonlarında kubokda yarımfinal matçları olacaq. 3-4 gündən bir oyun keçirəcəyik. Bu da "Neftçi" üçün üstünlükdür. Onlar bütün fikirlərini yalnız çempionata veriblər.
- Beyninizdə kuboku ikinci plana atmaq fikri var?
- Belə bir söhbət yoxdur. Hər ikisi bizim üçün vacibdir. Təbii ki, hamı hər iki yarışda qalib olmaq istəyər.
- Bu gün meydana 2016-cı ilin aprel döyüşləri zamanı şəhid olanların övladları ilə çıxdınız. Hansı hissləri keçirdiniz?
- Onlarla meydana çıxmaq çox təsirli məqam idi. Şəhidlərimizə Allahdan rəhmət diləyir, ailələrinə başsağlığı verirəm. Analarının əllərindən öpürəm ki, belə övladlar yetişdiriblər. Nə desək də, onların etdiklərini sözlə ifadə edə bilmərik.
- Növbəti turda "Qəbələ" ilə çətin oyun var. Həmin qarşılaşma barədə nə düşünürsən?
- "Qəbələ" ilə oyunlar hər zaman ağır keçib. Onlar həmişə bizə qarşı xüsusi motivasiya ilə oynayırlar. Gərgin və maraqlı görüş olacaq.
PSJ-dən Dembele qərarı
"Emin Mahmudov "Neftçi"nin məşqçisi ola bilər"
Liderin qalibiyyətindən - Video
Vernidub qələbələrin sirrini açıqladı
"Qarabağ"la oyunu potensial 3 xal fürsəti kimi görürəm"
Toral Bayramov öz qapısına elə bir qol vurdu ki… - Video
"Turan Tovuz" "Qarabağ"ı belə məğlub etdi - Video
"Vəziyyəti düzəltməyə çalışacağıq" - Qurban Qurbanov
Kurban Berdıyev "Qarabağ" üzərində qələbəni şərh etdi
“Qarabağ” azarkeşləri: “Bu azarkeşin haqqını verin!” - Video
Portuqaliya millisinin kapitanı kim olacaq?
İspaniyanın Millətlər Liqası üçün heyəti
"Neftçi" - "Kəpəz": Heyətlər
Yenə dünya çempionu oldular
Tuhel: “Millətlər Liqasında birinci olmalıyıq”
"Qarabağ" - "Turan Tovuz": Heyətlər açıqlandı
İngiltərənin Xorvatiya və İspaniya ilə oyunlar üçün heyəti
"Ayın qolu"nun müəllifi mükafatlandırıldı
"Turan Tovuz"un legioneri milliyə dəvət aldı
Futbol meydanlarından Zəfər meydanlarına
Azərbaycan – Latviya oyununun hakimləri açıqlandı
Oyuna çıxmayan "Mingəçevir"ə texniki məğlubiyyət verildi
Emin Mahmudov millidəki karyerasını bitirir - Rəsmi
Ayxan Abbasov milliyə 27 futbolçu çağırdı - Mezzotero da var