Mahir Mədətov Daboya çatdı - bombardirlik yarışı

Mahir Mədətov Daboya çatdı - bombardirlik yarışı
ÖLKƏ FUTBOLU 1 Aprel 2019 / 20:33 4135
-  A +

Topaz Premyer Liqasında bombardirlik yarışında ikihakimiyyətlilik yaranıb.

Qol.az-ın məlumatına görə, 22-ci turun "Sumqayıt"la oyununda (6:0) dubl edən "Qarabağ"ın hücumçusu Mahir Mədətov qollarının sayını 9-a çatdırıb. Bununla da o, "Neftçi"nin forvardı Baqali Daboya çatıb.

Qeyd edək ki, bombardirlərin yarışında ilk iki yeri Dabo ilə Mahir bölüşdürür. 3-cü sırada 8 qolla "Qəbələ"dən Ceyms Adeniyi yer alır. Marko Deviç ("Sabah") və Emin Mahmudovun ("Neftçi") ehtiyatında isə 7 qol var.

Daha çox


Son xəbərlər
topaz banner