Topaz Premyer Liqasının 22-ci turu “Neftçi”nin iki futbolçusu üçün yubileylə əlamətdar olub.
Qol.az PFL-in saytına istinadən xəbər verir ki, paytaxt təmsilçisinin hücumçusu Mirabdulla Abbasov “ağ-qaralar”ın heyətində 50-ci çempionat oyununu keçirib. O, bu matçlarda 11 qol vurub.
“Keşlə”ylə qarşılaşmada komandasına 1:0 hesablı qələbə qazandıran qolun müəllifi Emin Mahmudov isə “Neftçi”də ümumilikdə 10-cu dəfə fərqlənib. Azərbaycan Kuboku və UEFA Avropa Liqasında bir qolu olan yarımmüdafiəçi Premyer Liqadakı hesabını 8 topa çatdırıb.
O, 2017/18 mövsümündə Premyer Liqa və Azərbaycan kuboku yarışlarının hərəsində bir qol vurubsa, cari mövsüm bir dəfə UEFA Avropa Liqasında, yeddi dəfə çempionatda fərqlənib. Eminin “Neftçi”dəki ilk qolu 2017-ci il noyabrın 19-na təsadüf edib. Yarımmüdafiəçi “Qəbələ” ilə Premyer Liqanın ev görüşündə (2:3) qol sevinci yaşayıb.
PSJ-də şok itki
Kaxaber Sxadadze bu klubun baş məşqçisi oldu
Baş məşqçi məşqlərin dronla çəkilməsinə qarşı çıxdı
Federasiya prezidentini yalan danışmaqda ittiham etdi
Arteta futbolçularına xəbərdarlıq etdi
Murad Məmmədovun komandasından qələbə
“Qəbələ” “Şəfa”nı belə məğlub etdi - Video
“Mançester Yunayted”dən ayrıla bilər
"Bu işdə tək olmalı deyiləm" - Zaur Həşimov
Meydanda zədələndi, xəstəxanaya aparıldı
“Bu gün qələbəyə layiq olan tərəf biz idik” - Yeton Bekiri
Nadal “Real”da yeni vəzifəyə seçildi
“Qəbələ” “Şəfa”ya, "Turan Tovuz" "Şamaxı"ya qalib gəldi
“Turan Tovuz”un qələbəsindən - Video
"Ayın qolu"nun müəllifi mükafatlandırıldı