Rusiya boksunda qalmaqal yaşanır.
Qol.az-ın xəbərinə görə, buna Rusiya Boks Federasiyasının “Titov boxing promotion” şirkətinin lisenziyasını ləğv etməsi səbəb olub.
Şirkətin prezidenti Aleksey Titov bu addımı qanunsuz adlandıraraq ölkə prezidenti Vladimir Putinə müraciət edib. O müraciətində qeyd edib ki, 21 ildir fəaliyyət göstərən şirkəti indiyədək 300-dən çox peşəkar turnir keçirib: “Rusiya Boks Federasiyası bizim lisenziyamızı ləğv edib. Bununla da aprelin 6-da Soçi şəhərində sizin şərəfinizə keçirilməsi nəzərdə tutulan turnirin yarımfinal mərhələsi ləğv olunub. 18 peşəkar boksçu bu yarışa ciddi hazırlaşırdı. Onların komandası buna görə kifayət qədər maliyyə vəsaiti xərcləmişdi”.
Aleksey Titov prezident Putindən lisenziyalarının bərpası üçün onlara kömək etməyi xahiş edib.
Rusiya Boks Federasiyasından isə bildirilib ki, “Titov boxing promotion” şirkəti turnir üçün federasiyanın rəsmi şəxslərinin pulunu ödəməyib ki, bu da ciddi nizamnamə pozuntusudur: “Buna görə də onların lisenziyası ləğv edilib”.
Aleksey Titov
PSJ-də şok itki
Kaxaber Sxadadze bu klubun baş məşqçisi oldu
Baş məşqçi məşqlərin dronla çəkilməsinə qarşı çıxdı
Federasiya prezidentini yalan danışmaqda ittiham etdi
Arteta futbolçularına xəbərdarlıq etdi
Murad Məmmədovun komandasından qələbə
“Qəbələ” “Şəfa”nı belə məğlub etdi - Video
“Mançester Yunayted”dən ayrıla bilər
"Bu işdə tək olmalı deyiləm" - Zaur Həşimov
Meydanda zədələndi, xəstəxanaya aparıldı
“Bu gün qələbəyə layiq olan tərəf biz idik” - Yeton Bekiri
Nadal “Real”da yeni vəzifəyə seçildi
“Qəbələ” “Şəfa”ya, "Turan Tovuz" "Şamaxı"ya qalib gəldi
“Turan Tovuz”un qələbəsindən - Video
"Ayın qolu"nun müəllifi mükafatlandırıldı