AFFA-nın baş katibi Elxan Məmmədov Litva ilə yoxlama oyununa (0:0) görə milli komandanın üzvlərinin 5 min manat məbləğində mükafatlandırılması məsələsinə münasibət bildirib.
Qol.az xəbər verir ki, “REAL TV”yə müsahibəsində o, Berti Foqts, Robert Prosineçki və Qurban Qurbanovun vaxtında da milliyə mükafat verildiyini söyləyib:
“Heç-heçə və qələbəyə görə mükafatlar həmişə verilib. O cümlədən yoldaşlıq oyunları nəzərə alınaraq. Mən gördüm ki, bu məsələ media və sosial şəbəkələrdə müzakirə olunur. Amma hiss etdim ki, bu, süni müzakirədir. Çünki əvvəlki illərdə komandaya uğurlu nəticəyə görə, o cümlədən yoxlama oyunundakı nəticəyə görə mükafat veriləndə müzakirə olunmurdu. Bu ajiotaj və müzakirələr süni şəkildə yaradılıb”.
Elxan Məmmədov deyib ki, futbolçulara millidə oynadıqlarına görə AFFA tərəfdən maaş verilmir: “Bir mütəxəssis demişdi ki, milliyə mükafat veriləndə burada stimullaşdırma faktoru nəzərə alınır. Mən də bunu etiraf edirəm. Futbolçular milliyə gələndə onlara gündəlik ezamiyyət xərcləri ödənilir, amma maaş olmur. Ona görə də yaxşı nəticə qeydə alınanda, qələbə və heç-heçə olanda biz çalışırıq ki, onları mükafatlandıraq. Bu, futbolçulara maliyyə dəstəyi göstərmək üçün yeganə imkandır. Amma təbii ki, mükafat ancaq və ancaq qələbə və heç-heçəyə görə tətbiq olunur”.
Qeyd edək ki, FİFA reytinqində Azərbaycan millisindən 30 pillə geridə - 138-ci yerdə olan Litva ilə matçdakı heç-heçəyə görə millinin üzvlərinin AFFA tərəfindən mükafatlandırılması media və sosial şəbəkələrdə etirazla qarşılanıb.
PSJ-dən Dembele qərarı
"Emin Mahmudov "Neftçi"nin məşqçisi ola bilər"
Liderin qalibiyyətindən - Video
Vernidub qələbələrin sirrini açıqladı
"Qarabağ"la oyunu potensial 3 xal fürsəti kimi görürəm"
Toral Bayramov öz qapısına elə bir qol vurdu ki… - Video
"Turan Tovuz" "Qarabağ"ı belə məğlub etdi - Video
"Vəziyyəti düzəltməyə çalışacağıq" - Qurban Qurbanov
Kurban Berdıyev "Qarabağ" üzərində qələbəni şərh etdi
“Qarabağ” azarkeşləri: “Bu azarkeşin haqqını verin!” - Video
Portuqaliya millisinin kapitanı kim olacaq?
İspaniyanın Millətlər Liqası üçün heyəti
"Neftçi" - "Kəpəz": Heyətlər
Yenə dünya çempionu oldular
Tuhel: “Millətlər Liqasında birinci olmalıyıq”
"Qarabağ" - "Turan Tovuz": Heyətlər açıqlandı
İngiltərənin Xorvatiya və İspaniya ilə oyunlar üçün heyəti
"Ayın qolu"nun müəllifi mükafatlandırıldı
"Turan Tovuz"un legioneri milliyə dəvət aldı
Futbol meydanlarından Zəfər meydanlarına
Azərbaycan – Latviya oyununun hakimləri açıqlandı
Oyuna çıxmayan "Mingəçevir"ə texniki məğlubiyyət verildi
Emin Mahmudov millidəki karyerasını bitirir - Rəsmi