“Neftçi”nin kapitanı Emin Mahmudov Topaz Premyer Liqanın 22-ci turunun “Keşlə”ylə oyunundan sonra jurnalistlərin suallarını cavablandırıb. Qol.az-ın məlumatına görə, 79-cu dəqiqədə penaltidən vurduğu qolla komandasına 1:0 hesablı qələbə qazandıran yarımmüdafiəçi əvvəlcə matçla bağlı fikirlərini bölüşüb.
-Oyunun çətin keçəcəyini bilirdik. Kim bura gəlirsə, qələbə qazanmaq üçün çox əziyyət çəkir. Öz futbolumuzu göstərməyə çalışırdıq. Hərdən alınmırdı. Bu gün uzun ötürmələrdən çox istifadə edirdik. Halbuki bizim oyun üslubumuz deyil. Ancaq əsas nəticə idi. Şükürlər olsun ki, bunu da bacardıq.
- “Keşlə”nin çətin rəqib olduğunu dediniz. Amma bu mövsüm artıq 4-cü oyundur ki, sizə heç qol da vura bilmirlər...
- Azərbaycan çempionatında asan oyun yoxdur. Hansısa komandaya rahat “üç dənə” vurasan, gedəsən evə, bu, mümkün deyil. Ümumiyətlə, zəif komanda yoxdur. Yalnız 1 qol vurduqdan sonra, qələbə qazanmaq şansın artır.
- Son vaxtlar milli ətrafında çox söz-söhbət gəzir. Xüsusilə də Litva ilə Bakıdakı heç-heçəyə görə futbolçulara 5000 manat mükafat verilməsi xeyli müzakirə olundu. Buna münasibətinizi bilmək maraqlı olardı...
- Bunu AFFA-dan soruşmaq lazımdır. Mən bu barədə heç nə danışa bilmərəm.
- Ümumiyyətlə, yeni baş məşqçinin rəhbərliyi altında millidən nə gözləmək olar?
- Nə deyə bilərəm? Çalışarıq, yaxşı nəticələr qazanaq.
- Qurban Qurbanovla Nikola Yurçeviç arasında nə kimi fərqlər var?
- Hər məşqçinin öz tələbləri, oyun üslubu var. İki mütəxəssis arasında bir az fərq var, amma çox deyil.
- Formanızın üstündə soyadınız səhv yazılmışdı. Buna görə irad bildirmişdiniz?
- Xeyr. Çünki heç fikir verməmişdim. Bilmirəm, elə futbolçu var ki, paltardəyişmə otağına gəlsin, formasında ad-soyadının düz yazılıb-yazılmadığına baxsın? Məsələn, Kriştiano Ronaldo gəlsin, formasının üstündə adının düz və ya səhv yazıldığını yoxlasın, belə şey olmur. Mən də fikir vermədim. Oyuna çıxanda dedilər ki, soyadın düz yazılmayıb. Eyni zamanda, problem olmadığını bildirdilər.
Yamal rekorda imza atdı
"Komandanın vəziyyəti yaxşıdır" - Yuri Vernidub
"Barselona" bu transferi bitirmək üzrədir
"Neftçi" Serbiya klubuna böyük hesabla qalib gəldi
Azərbaycan güləşçisi Avropa çempionatının finalında
"Sumqayıt"dan ayrıldı, İndoneziya klubuna keçdi
Sadio Mane millidəki karyerasını başa vurdu
"Qəbələ"dən ayrılan futbolçu sabiq klubuna qayıtdı
Portuqaliya millisinin yeni baş məşqçisi açıqlandı - Rəsmi
"Mançester Siti"dən yeni transfer
Avrokuboklarda ən uğurlu həftə
"Araz-Naxçıvan"da braziliyalı qapıçı
Ramiz Məmmədov "Karvan-Yevlax"ın baş məşqçisi oldu
Azərbaycan klublarının avrokuboklardakı 300-cü qolu
Dünya çempionatları rekordunu təkrarladı
"Şəfa" fransalı futbolçu tansfer etdi
Belçika millisində itki: İspaniya ilə oyunu buraxacaq
Vüsalın komandası Konfrans Liqasına məğlubiyyətlə başladı
Fransada DÇ qələbəsinin qeyd edilməsi faciə ilə nəticələndi
“Seltik”ə keçən Kamilo Durandan - İlk açıqlama
Kamilo Duran rəsmən “Seltik”də - 5 illik müqavilə
Mbappedən 60 ilin rekordu
“Qarabağ”a klub tarixinin ən böyük büdcəsini ayırmışıq”
"Araz-Naxçıvan"ın futbolçusu əməliyat olundu
Mbappe və Dembelenin qolları - Video
Azərbaycanın UEFA reytinqində əmsalı artdı
Avropa Liqasında 6 oyun keçirildi
"Zirə" və "Neftçi"nin potensial rəqibləri ilk oyununa çıxdı
DÇ-2026: İlk yarımfinalçı Fransa oldu
Sabiq "Qarabağ"lı bu kluba keçdi
Qurban Qurbanov Elvin Cəfərquliyevdən danışdı
“Qarabağ”ın potensial rəqiblərinin oyununda 5 qol
Kuansaya 2 oyunluq cəza, yarımfinalı buraxacaq
"Qarabağ"ın bizə 10 qol vuracağını gözləyirdilər"
"Barselona"nın yetirməsi "Kristal Pelas"da
"Qarabağ"dan böyükhesablı qələbə
Karim Rossi “Qəbələ”də
"Şamaxı"dan yeni transfer
"İnter"in hədəfinə düşdü
Əlcəzair millisində gərginlik davam edir