"Zirə"nin baş məşqçisi Samir Abasov Topaz Premyer Liqanın 22-ci turunda "Səbail"ə evdə 1:2 hesabı ilə uduzduqları görüşdən sonra mətbuat konfransı keçirib. Qol.az-ın məlumatınqa görə, o, əvvəlcə matç barədə fikirlərini bildirib.
- Uduzmağımıza baxmayaraq, yaxşı oyun keçdi. Futbolçularımızdan həddən artıq razıyam. Onlardan ürəklə, ağızdolusu danışmaq istəyirəm. Təəssüf ki, iki yarımepizod məğlubiyyətə səbəb oldu. Rəqib də heç-heçəyə gəlmişdi. Gedişatdan da, meydandakı hərəkətlərdən də bəlli idi. Bu da normaldır. Bizə çətin olsa da, yaxşı oynayırıq. Maşallah, son vaxtlar çox yaxşı oyun göstəririk. Ümid edirik ki, vaxt gələcək, nəyəsə nail olacağıq.
- Oyundan sonra qalmaqal oldu. Nə baş verdi? Rəqibin futbolçularının qələbəni çılğınlıqla qeyd etməyinə etiraz etdiniz?
- Özüm də başa düşmədim, nə oldu. Bizə işarə vurdular ki, bizim futbolçularla onların oyunçuları arasında münaqişə olub. Gedib sakitləşdirdim. Ancaq bilmədim nə baş verib. Heç araşdırmaq da istəmirəm. Emosiyalar üzərində qurulur.
- Onların qələbəni belə qeyd etməyi sizə acıq oldu?
- Yox. Acığımıza gəlsə də, nə olacaq? Onda, mən də qoşulub dava etməliyəm. Ancaq fikrim də yox idi. Bu olay önəmli deyil.
- Hakimlik haqda nə deyə bilərsiniz?
- Vaxtın həddən artıq uzanmasına görə narahat idim və narazılığımı bildirdim. Rəqibin sol cinah müdafiəçisi (Şəhriyar Rəhimov-müəllif) ilk dəqiqələrdə futbolçumuza qarşı çox sərt oynamağına narazılığı bildirdim. Bizdə belə tendensiya var idi ki, belə epizodda reaksiya gəlmədi. Oyun həddən artıq yersiz uzanırdı.
- 3-cü yerdə gedən "Səbail"lə xal fərqiniz artıq 12-yə qalxdı. Çempionatda medalçı olmağa şans demək olar qalmır?
- Yox. Şansımızı qoruyub saxlayırıq. Hər bri oyunda udmaq bizə motivasiya olacaq.
PSJ-dən Dembele qərarı
"Emin Mahmudov "Neftçi"nin məşqçisi ola bilər"
Liderin qalibiyyətindən - Video
Vernidub qələbələrin sirrini açıqladı
"Qarabağ"la oyunu potensial 3 xal fürsəti kimi görürəm"
Toral Bayramov öz qapısına elə bir qol vurdu ki… - Video
"Turan Tovuz" "Qarabağ"ı belə məğlub etdi - Video
"Vəziyyəti düzəltməyə çalışacağıq" - Qurban Qurbanov
Kurban Berdıyev "Qarabağ" üzərində qələbəni şərh etdi
“Qarabağ” azarkeşləri: “Bu azarkeşin haqqını verin!” - Video
Portuqaliya millisinin kapitanı kim olacaq?
İspaniyanın Millətlər Liqası üçün heyəti
"Neftçi" - "Kəpəz": Heyətlər
Yenə dünya çempionu oldular
Tuhel: “Millətlər Liqasında birinci olmalıyıq”
"Qarabağ" - "Turan Tovuz": Heyətlər açıqlandı
İngiltərənin Xorvatiya və İspaniya ilə oyunlar üçün heyəti
"Ayın qolu"nun müəllifi mükafatlandırıldı
"Turan Tovuz"un legioneri milliyə dəvət aldı
Futbol meydanlarından Zəfər meydanlarına
Azərbaycan – Latviya oyununun hakimləri açıqlandı
Oyuna çıxmayan "Mingəçevir"ə texniki məğlubiyyət verildi
Emin Mahmudov millidəki karyerasını bitirir - Rəsmi