Kamran Ağayev "Neftçi"yə qarşı oynayacaq?
"Keşlə"nin kapitanı Kamran Ağayev Topaz Premyer Liqanın 22-ci turunun "Neftçi" ilə bugünkü oyununda meydana çıxa biləcək.
Klubdan Qol.az-a verilən məlumata görə, dabanındakı zədəsini sağaldan 33 yaşlı qolkiper bir neçə gündür komanda ilə birlikdə məşq edir. Onun "Neftçi"yə qarşı oynaması üçün problem qalmayıb. Kamran zədəli olduğu üçün milli komandamızın Xorvatiya ilə "Avro-2020"nin seçmə mərhələ və Litva ilə yoldaşılıq görüşlərini də buraxmışdı.
Əvəzində isə "Keşlə"nin heyətində müdafiəçilər - Sertan Taşkın və Edvinas Girdvainis zədə səbəbindən paytaxt derbisində forma geyinə bilməyəcəklər.
Qeyd edək ki, bu gün keçiriləcək "Keşlə" - "Neftçi" oyunu saat 18:30-da başlayacaq.